Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamın işğaldan azad edilməsi şanlı hərbi qələbə nəticəsində mümkün olmuşdur.

24 noyabr 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenri, Ali Baş Komandan İlham Əliyev noyabrın 20-də Azərbaycan xalqına növbəti  müraciətində  Ağdam rayonunun azad edilməsi  müjdəsini verdi.  44 günlük Vətən müharibəsi dövründə və ondan sonra hər dəfə xalqa müraciəti zamanı işğaldan azad edilmiş ərazilərimizin müjdəsini verən dövlətimizin başçısının hər bir çıxışını  böyük həyəcanla izləməklə  qələbəmizin sevincini yaşayırıq.  Ağdam rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir. Üçtərəfli bəyanat Azərbaycanın Qələbəsidir, torpaqlarımızın qayıtmasıdır, bayrağımızın ucaldılmasıdır. Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək  öz yurisdiksiyasına qaytarır.
     Bu gün yaşadığımız günlər, yaşadığımız anlar hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq. 30 ilə yaxın müddət ərzində düşmənin torpaqlarımızı işğal altında saxlaması bir yana, sərhəd bölgələrimizi atəşə tutması və bunun nəticəsində ərazilərə dəyən ziyan, dinc insanların həlak olması narahatlıqlar yaradırdı. Dünya dövlətlərinin bu cinayətlərə göz yumması və  birtərəfli mövqe tutması, həmçinin Azərbaycan torpaqlarının azad edilmısinə və ərazi bütövlüyünün bərpa edilməsinə qeyri-ciddi yanaşması xalqımızda ruh düşkünlüyü yaradırdı.
     Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir. Mən də minlərlə  Azərbaycan vətəndaşı kimi 90-cı illərdə doğma ata yurdundan məcburi köçkün düşən sakinlər sırasındayam. O illərdə ermənilərin azğınlıqları, dinc sakinlərə qarşı qəddarcasına terror və soyqırım törətməsinin qarşısını almaq mümkün deyildi. Biz sakinlərin mübarizəsi, vətəni müdafiəyə qalxan vətən övladlarının əliyalın, zəif silahlarla düşmən qarşısına çıxması təbii ki, itki və məğlubiyyətlə nəticələnirdi. Ağdamın, eləcə də digər işğal edilmiş bölgələrin, yurdumuzun başqa bölgələrindən  vətəni müdafiəyə gələn  minlərlə insan bu müharibədə həlak oldu, əsir düşdü. O zaman mövcud olan hakimiyyətin səriştəsizliyi də torpaqlarımızın işğalına yol açdı.  Indi həmin acılı tarix geridə qalıb. 2020-ci ilin payız ayları bu acı tarixi xoş və müjdəli, qələbə tarixi ilə əvəz elədi.
     Prezident İlham Əliyev müraciəti zamanı dedi ki,  “Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız”. Bu ifadə qəlbimizi o qədər sərinlətdi ki, sözlə ifadə etmək mümkün deyil. Bir Ağdamlı kimi həm ata yurdumun, həm də digər bölgələrin azad edlməsi fərəhimi artırır. Uşaqlıq və gənclik illərimin keçdiyi, əzizlərimlə, qohumlarla, dostlarla keçirdiyimiz sevincli-kədərli illər bir-bir gözlərimin önündən keçir. Efirdə yayılan videogörüntülərdə döğma elimizin viranəyə çervrildiyini gördükcə adamı dəhşət bürüyür. O cür gözəl, yaşıllıqlarla zəngin, yaraşıqlı memarlıq abidələrini, inzibati binaları, məktəbləri, evləri tamamən dağıdıblar, meşələr yandırılıb. Bunlar təkcə düşmən deyil, həm də insanlıqdan uzaq canlılar imiş. Bütün yaradllanları məhv eləmək kimi pis duyğu ilə illər boyu torpaqla, böyüyən ağaclarla belə döyüşmüşlər bu vəhşiləşmiş məxluqlar. Lakin bunlar arxada qaldı. Çünki, Azərbaycan xalqı, Müzəffər Ordumuz Böyük Qələbə qazandı.  Dövlətimizin başçlsl Prezident İlham Əliyevin dediyi kimi,  “Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir”.
     Ağdam rayonu 1930-cu ildə yaradılıb. 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal edib. İşğal edilmiş rayonların arasında əhalinin sayına görə Ağdam ən böyük rayondur. İşğaldan əvvəl Ağdam rayonunda 143 min insan yaşayırdı. Hazırda Ağdam rayon sakinlərinin sayı 204 mindir. Ərazisi 1 094 kv.km olan Ağdamın 846,8 kv.km-i, yəni 77,4%-i, bir şəhər və 80 kəndi ermənilərin əlinə keçib, o vaxta qədər Ağdamın 1 şəhər, 124 kəndi vardı. Bu işğal rayona 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan vurub.
    Yurdumuz işğalı olunandan  bu günə kimi biz ağdamlılar ölkəmizin müxtəlif bölgələrində həyatımızı davam etdiririk. Dövlətimizin maddi və mənəvi dəstəyi ilə, yerli sakinlırin səmimi münasibəti ilə çətin günlərimizi arxada qoymuşuq. İlbəil inkişaf edən ölkəmizdə həyata keçirilən iqtisadi inkişaf proqramı çərçivəsində məcburi köçkünlər üçün Azərbaycanın müxtəlif bölgələrində qəsəbəllər salınıb, mənzillər verilib. Bu və digər dövlət qayğılarını biz hər zaman hiss eləmişik. Bütün diqqət və dəstəyə görə biz ağdamlılar prezidentimiz İlham Əliyevə minnətdarıq və onun həyata keçirdiyi siyasəti hər zaman dəstəkləyirik. Çünki, cənab İlham Əliyevin rəhbərliyi ilə inkişaf edən Azərbaycanımız 30 illik mücadilədən sonra düşmən üzərində qələbə qazandı, işğal edilmiş torpaqlarımız azad edildi. Həm hərbi, həm də siyasi yolla aparılan müharibənin qalibi Azərbaycan oldu.
     Ağdamlılar həm Birinci, həm də İkinci Qarabağ müharibəsində qəhrəmancasına vuruşmuşlar, çoxlu şəhidlər vermişlər. Rayonun Azərbaycan dövlətinin  qalan ərazilərində son illər ərzində böyük quruculuq, abadlıq işləri aparmışdır. Cənab Prezidentin göstərişilə Ağdam rayonunun mərkəzinə çevirilmiş Quzanlı qəsəbəsində sosial obyektlər, infrastruktur və sənaye müəssisələri, insanlar üçün iş yerləri yaradılmış, infrastruktur layihələri icra olunmuş, böyük Olimpiya İdman Kompleksi, xəstəxana, məktəblər, Muğam Mərkəzi inşa edilmişdir.
    2010-cu ilin noyabr ayında erməni separatçıları Ağdamın adını dəyişərək “Akna“ qoymuş və rayonun işğal edilmiş ərazilərində 360 nəfər qanunsuz olaraq daimi məskunlaşmışdır. Ermənistan məktəbləri üçün hazırlanan dərsliklərdə qondarma “Dağlıq Qarabağ respublikası”nın xəritələri dərc edilərkən orada işğal edilmiş bütün torpaqlar bu qondarma quruma aid edilmişdir. Bu onların xəyalları idi. Başqasıının torpağını mənimsəmək və əldə saxlamaq üçün onlar nələr elımədilır ki,.. düşmənin etdiyi cinayətləri sadalamaqla bitmir. Bütün bunları xatırlayan cınab Prezident İlham Əliyev deyir: “İndi nə oldu bu xəritələr? İndi bu xəritələr cəhənnəmə getdi, bu xəritələr artıq yoxdur”.
     Ağdam ağır yeyinti və yüngül sənayeyə, inkişaf etmiş kənd təsərrüfatına malik bir rayon idi. Rayonda dəzgah avadanlıqları, arekosmik və rabitə cihazları, metiz – furnitur, traktor və avtomobil təmiri, asfalt, konserv, yağ – pendir, barama toxumu, pambıq, şərab və mexanikləşdirilmiş çörək zavodları, xalça fabriki, taxıl məhsulları, tikinti materialları və ət kombinatları, iki dəmir yolu vağzalı və aeroport, Ü.Hacıbəyli adına musiqi texnikumu, Ə.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı və s. sosial və mədəniyyət obyektləri fəaliyyət göstərirdi.
Rayon ərazisinin 1700 hektarı meşəlik, 91,3 hektarı isə kənd təsərrüfatına yararlı torpaqlardan ibarət idi.
     Ağdam Azərbaycan elminə və mədəniyyətinə Süleyman Sani Axundov, Famil Mehdi,Şahmar Əkbərzadə,Əhməd Ağdamski, Sara Qədimova, Qurban Primov,akademik  Zakir  Məmmədov, fəlsəfə elmləri doktoru Ziyəddin Göyüşov, tarix elmləri doktoru Rəşid Göyüşov, minerologiya elmləri doktoru Xudu Məmmədov və b.onlarla görkəmli şəxsiyyət bəxş etmişdir.
Ağdamın tanınmasında  “Qarabağ” FK-nın ölkəmizi UEFA Çempionlar Liqası və Avropa Liqasında layiqli təmsil etməsinin də rolu olub. Avropa mediası Ağdamı “Ruhlar şəhəri” kimi “Qarabağ” klubu sayəsində tanıyıb.
      Ağdam ərazisində qədim tarixə malik olan çoxlu memarlıq və incəsənt abidələri var. İşğalçı rejim İkinci Qarabağ müharibəsinin son günlərinədək Ağdamda qanunsuz arxeoloji qazıntılar aparmış və tapılmış artefaktlar Ermənistana daşınmışdır.  Işğalçılar tariximizi silmək və unutdurmaq üçün olmazın cinayətlər etsələr də biz sakinlır heç nəyi unutmamışıq. Əsas odur ki, Ağdam rayonu və bütün kəndləri azad olunub.
      Ağdamda olan evləri dağıtmaqla yanaşı onun daşlarını da söküb aparmışlar. Mədəni abidələri talan edərək bütün infrastrukturu məhv edilmiş, Çörək Muzeyi, Tarix Ölkəşünaslıq Muzeyi, tarzən Qurban Pirimovun Xatirə Muzeyi və Ağdam Şəkil Qalereyası,  Xaçındərbənd kəndindəki 1314-cü ildə tikilmiş Qutlu Sarı Musa oğlu Künbəzi, Kəngərli kəndindəki XIV əsrə aid Türbə və Daş abidələr, Papravənd kəndində XVIII əsrə aid gümbəz və məscid, Ağdamda İmarət deyilən yerdə XVIII əsrə aid abidələr, Xan qızı Xurşidbanu Natəvanın və onun oğlunun türbələri, Şahbulaq ərazisində Şahbulaq qalası və Karvansara vəhşicəsinə dağıdılmışdır. Bundan əlavə, dini ibadətgahlardan rayonun Papravənd kəndində yerləşən Şeyx Nigar, Seyid Miriş ağa, Qara Pirim və digər ziyarətgahlar darmadağın edilib. Azərbaycan dövləti inkişaf yolunda inamla irəliləyir. Ağdam və onun kəndləri də zamanla abadlaşacaq, yaşayış bərpa olunacaq. Yeni inzibati binalar, memarlıq abidələri inşa olunacaq. İnsanlar öz doğma ellərinə qayıdacaqlar. Məktəblər, uşaq bağçaları tikiləcək. Uşaqlar burda böyüyəcək, məktəbə gedəcəklər. Yurd yerinə qayıdan sakinlır üçün iş yerləri açılacaq. Bütün azad edilən bölgələrimiz kimi  Ağdamda da istirahət parkları salınacaq, yollar asfaltlanacaq, kommunal xidmətlər bərpa ediləcək, işıqlanma sistemi quraşdırılacaq.
     Ağdam şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan məscid və onun minarələri də vəhşicəsinə uçurulub. Bü da acınacaqlı haldır, düşmənin vəhşiliyinin bur hissəsidir.   Bu vəhşilik, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarını, "Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasının 1999-cu il protokolunun (Ermənistan bu protokolun üzvüdür), "Arxeoloji irsin qorunması haqqında" 1992-ci il tarixli Avropa Konvensiyasının tələblərinin pozulmasıdır. Azərbaycan erməni vandalizminin cəzalandırılması üçün bütün hüquqi imklanlardan istifadə edəcək. Bu məsələdə vətəndaş cəmiyyəti institutlarının da fəallıq göstərməsinə ehtiyac var.
      Ağdam rayonunun Azərbaycanın nəzarətində olan hissəsində 18 köçkün şəhərciyi salınmış, rayona 93 min köçkün yerləşdirilmişdir.Görülmüş işlər və böyük investisiyalar hesabına bu gün Ağdam rayonunun əhalisinin 45 faizi Ağdam rayonunun ərazisində yaşayır.
      Ağdam yenidən bərpa edilərək Azərbaycanın ən gözəl şəhərləri sırasında olacaq. Prezident İlham Əliyevin dediyi kimi: “İndi  Ağdam üçün yeni dövr başlayır. Bizim böyük planlarımız var”.  “Biz bu torpaqları, bu şəhərləri, bu kəndləri bərpa edəcəyik”.
       Ağdam rayonu yenidən Azərbaycanın ən zəngin, mədəniyyətin, aqrar sənayenin, kənd təəsrrüfatının gur inkişaf etdiyi rayonlarından birinə çevriləcək. Ağdam şəhərinin bərpası üçün baş plan hazırlanacaq, mütəxəssislər cəlb olunacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcək.  Vətəndaşlara oraya qayıtmaq üçün dövlət tərəfindən hər cür  kömək göstəriləcək. Bütün bunlar gerçəkləşəcək. Çünki, Prezident İlham Əliyev deyib ki,  “İşğaldan azad edilmiş bütün rayonların sakinləri əmin ola bilərlər ki, Azərbaycan dövləti hər zaman onların yanında olacaqdır”.
       Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi artıq arxada qalır. Azərbaycan döyüş meydanında parlaq Qələbə qazanaraq siyasi meydanda da istədiyinə nail ola bilmişdir. 
Ermənistan uğursuz ölkədir, bu uğursuzluğun səbəbi işğaldır. İşğalçı Ermənistan döyüş meydanında məğlub olaraq bütün dünya qarşısında rəzil oldu. İşğalçlıq siyasəti  Ermənistanı uçuruma apardı. Ermənistan bu 30 ilə yaxın müddətdə müstəqil ölkə ola bilmədi, bu gün də müstəqil deyil. 44 günlük müharibə dövründə dünya dövlətləri Azərbaycan xalqının vətənpərvərliyinin şahidi oldu. Döyüşçülərimizin böyük vətənpərvərliklə döyüşməsi, xalqımızın birləşməsi qələbəmizi daha da şanlı etdi. Şanlı Ordumuzun düşməni diz çökdürməsi, ermənilərin döyüş meydanlarından daha doğrusu özgə torpaqlarından qaçması da dünyaya göstərdi ki, bu bölgələr Azərbaycanın əraziləridir.
     Prezident İlham Əliyev deyir ki,  Ermənistan faktiki olaraq müstəmləkədir.  Çünki, Siyasi cəhətdən asılı, hərbi cəhətdən asılı, iqtisadi cəhətdən natamam. İdeologiya baxımından çox ziyanlı bir ideoloji əsaslar formalaşdırıblar. “Bundan sonra bu damğa ilə yaşayacaqlar, “məğlub edilmiş ölkə” damğası ilə yaşayacaqlar”.
     Prezident İlham Əliyev: “Ermənistan müstəqil ölkə kimi yaşaya bilmirsə, gedib başqa ölkənin tərkibinə girsin. Endir o bayrağı dirəkdən, bük, qoy cibinə, get başqa ölkənin tərkibində yaşa”. Amma bizim torpaqlarımızdan gözlərini çəksinlər.
      Ermənistanı bu günə salan qonşulara nifrət tərbiyəsinin, təbliğatının davam etməsi, qonşularla normal münasibət qura bilməməsi, Azərbaycana, Türkiyəyə ərazi iddialarıdır. Ermənistan İran üzərindən silahları gətirə bilməyib, çünki İran bizim dost, qardaş ölkəmizdir. Azərbaycanda başqa millətlırin nümayəndələri də azad yaşayırlar. Bizim xalqın qəlbində nifrət yoxdur, insanlıq var.
     Prezident İlham Əliyev: “İran Azərbaycanın xahişini nəzərə alaraq öz hava məkanını bağlayıb”.  Ermənistan Rusiyaya qarşı iddia qaldırır ki, Rusiya bunlara kömək etməyib. Təxribatçıya kömək edən dövlətin rəhbəri özü də dərk eləməlidir ki, bu mübarizənin sonu yoxdur, ədalət hər zaman qalib gəlir.
     “Bizim erməni xalqı ilə problemimiz yoxdur. Vahid Azərbaycan dövlətində yaşayan bütün xalqlar bərabər hüquqlara malikdir, o cümlədən erməni xalqı”, deyən prezidentimiz saf qəlblə bildirir ki,  “Dağlıq Qarabağda yaşayan ermənilər üçün yeganə yol Azərbaycan xalqı ilə dinc qonşuluq şəraitində yaşamaqdır”.
Yaxud da Dağlıq Qarabağdan 90 min erməni qaçması xəbəri yalandır. Dağlıq Qarabağ ərazisində və işğal edilmiş bizim torpaqlarda İkinci Qarabağ müharibəsinə qədər maksimum 60-65 min insan yaşayıb. Azərbaycan kəşfiyyatı bölgəyə tam hakimdir. Çünki, bu torpaqlar Azərbaycanındır, hakim də, qanun da Azərbaycanındır. Heç bir başqa dövlətin  bizim daxili  işlərimizə qarışamağa haqqı yoxdur.
        Prezident İlham Əliyev deyir ki,  Bizim o bölgədə bir çox informasiya mənbələrimiz var və bizim uğurlarımızın səbəblərindən biri də məhz bundadır. Biz tam dəqiqliklə bilirdik və bilirik indi orada nə baş verir, onların xunta başçısı harada gizlənir. 
      “Biz qaçqınların sayı ilə bağlı bu yalanları ifşa edəcəyik və əgər bu qaçqınlar olubsa, o, bizim günahımız deyil”.  Bunlar ötən tarixi unudurlar, axı  minlərlə azərbaycanlı öz torpağında  məhz ermənilərin separatçılığı, qaniçənliyi səbəbindın uzun illər qaçqınlıq həyatı yaşayıb.
      Bu gün Ermənistanda repressiya baş alıb gedir. Ermənistanda gündə hansısa müxalifət lideri tamamilə əsassız həbs olunur.Heç bir Qərb ölkəsi, insan hüquqlarını qorumaqla məşğul olan heç bir təşkilat buna reaksiya vermir. Orada insanların hüquq və azadlıqları pozulur.
       Azərbaycana xor gözlə baxan, qaralamağa çalışan, Avropa Şurası haradadır,niyə susur? Avropa Parlamenti  Azərbaycana qarşı 10-dan çox eybəcər, yalan üzərində qurulmuş qətnamə qəbul edib, amma susur. Paşinyan məğlub edilmiş, rəzil vəziyyətdə olan diktatordur.   Ermənistan diktatoru bunkerdə otura-otura özünü tamamilə dünyadan, öz xalqından təcrid edib, Azərbaycanda isə xalq-iqtidar birliyi var. Və bu birlik daimi olacaq. Bu birlik yurdumuzu inkişafa, tərəqqiyə aparacaq.  Çünki, ötən illər ərzində Azərbaycanda  xalqın həyat tərzinin yaxşılaşması, iqtisadi inkişafın tərəqqisi, dünya dövlətləri ilə əməkdaşlıqların genişlənməsi diqqət mərkəzində olub. 
     Prezident İlham Əliyev “Azərbaycanın  gücü milili  birlikdədir”, deyərkən yenə də xalqa arxalanır.  Azərbaycan Prezidenti beynəlxalq vəziyyəti düzgün təhlil edərək ölkənin güclənməsi yolunda ardıcıl addımlar atmış, lazım olan anda düşməni məğlub etmək üçün zərbə endirilmişdir.
Ağdamın işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün olmuşdur. Rəsmi etiraflara görə, Ermənistan ordusundan fərarilik edənlərin sayı 10 mini ötüb. Bu, bir daha göstərir ki, hansı ordu yenilməz ordudur.
      Prezident öz çıxşılarında dəfələrlə qeyd edir ki,  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli həm siyasi, həm hərbi yollarla mümkündür.  Məhz Ermənistanın mövqeyinə görə bu məsələ öz həllini tapmamışdır və məsələnin hərbi yollarla həll edilməsi Azərbaycanın qanuni hüququ idi. 
Ağdamın azad edilməsinə səbəb olan  İkinici Qarabağ müharibəsini qalibiyyətlə başa vurmuş Ali Baş Komandana, Azərbaycan ordusuna eşq olsun! Ağdam bizimdir, Qarabağ bizimdir,                Qarabağ Azərbaycandır!

      Sahib Əliyev,
      Pedaqoqika  üzrə fəlsəfə doktoru
 

Keçidlər