Pandemiyaya qarşı tədbirlər davam etdirilir.
Nazirlər Kabineti yanında Operativ Qərargahın tələbləri əsasında müəyyənləşdirilmiş tədbirlər planına uyğun olaraq Mingəçevir şəhərinin N.Nərimanov, Puşkin və Nizami küçələrində, Dostluq parkı və Qələbə meydanında şəhər İcra Hakimiyyəti və şəhər Polis şöbəsinin nümayəndələrindən ibarət mobil və reyd qrupları tərəfindən maarifləndirmə işləri aparılmış, əhaliyə tibbi maskalar paylanılmış, yoluxmanın sayının artması ilə əlaqədar profilaktiki tədbirlərin artırılması sahəsində xeyli söhbətlər aparılmışdır.
Mobil və reyd qrupları tərəfindən marifləndirmə işləri
Bununla yanaşı şəhər Dezinfeksiya stansiyası tərəfindən ümumilikdə 108 binada koronavirusa qarşı dezinfeksiya işləri aparılmışdır.
Bundan əlavə bu cür işlər 80 nəqliyyat vasitəsində də təşkil edilmişdir.
Şəhər ərazisində yoluxma halların qarşısının alınması sahəsində aparılan tədbirlər gündəlik davam etdirilir.