Azərbaycan Xalqı Qarabağa həyatı qaytaracaqdır.
44 günlük Vətən müharibəsində Azərbaycan xalqı möhtəşəm qələbə qazandı. Və bütün dünya xalqımızın 30 illik işğal tarixinə son qoymasınıın şahidi oldu. Qarabağın tacı olan Şuşa şəhərinə aparan yolun açılışı əlamətdar hadisədir.
Gərgin müharibə dövründə Azərbaycan Ordusu böyük rəşadət göstərərək vətənpərvərlik nümunəsi göstərdi. Müharibənin ilk günlərindən Ordumuzun azad etdiyi kəndlərin, yüksəkliklərin videogörüntülərinə baxdıqca 30 ilə yaxın müddətdə keçirdiyimiz acı xatirələri unudur, qürur hissi keçirirdik. Nəhayət yurd yerlərimiz düşməndən xilas olur. Bu dünya tarixində görünməyən hadisədir. Azərbaycan xalqının birlik, nümayiş etdirməsi, döyüşçülərimizin cəbhə bölgəsində, vətəndaşların isə arxa cəbhədə yalnız bir düşmənə qarşı mübarizə aparması xalqımızın möhtəşəm qələbəsinə yol açdı.
On beş ildən artıqdır ki, ölkəmizdə regionların sosial iqtisadi-inkişafı Dövlət Proqramı həyata keçirilir. Bundan sonra bu iqtisadi quruculuq işlərinin azad olunan bölgələrimizdə aparılması prosesinə artıq başlanıb. Dövlət başçısı İlham Əliyevin imzaladığı sərəncamlarla yol çəkilişi, digər kommunal işlərin hayata keçirilməsi ən əvvəl ərazilərimizə gediş gəlişi səhmana salacaqdır. Füzuli-Şuşa avtomobil yolunun təməlqoyma mərasimi Qarabağa həyatın qaytarılmasının rəmzidir. Eyni zamanda, bu yol işğaldan azad edilmiş torpaqlarda icra edilən birinci layihədir. Qələbə günündən 8 gün və Ermənistanın kapitulyasiyasından 6 gün keçəndən sonra artıq Alxanlı qəsəbəsindən Füzuli-Şuşa avtomobil yolu çəkilir. Bu böyük quruculuq işlərinin ilk layihəsidir.
Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri, Azərbaycan Bayrağının qaldırılması, əsgərlərlə görüşləri tarixi hadisədir. Yolboyu videogörüntülərdə ərazilərləmizin dözülməz hala salınmasından, erməni faşistlərinin ağlasığmaz cinayətlərindən dönə-dönə danışan Prezidentimiz nəhayət xalqımızın qazandığı böyük qələbənin xoş aurası ilə xalqımıza bəyan edir ki, işğaldan azad olunan torpaqlarımıza həyat qayıdacaq, yeni-yeni layihələr reallaşacaqdır.
Şuşanın işğaldan azad edilməsi şanlı Qələbənin rəmzidir. Şuşanın işğaldan azad edilməsi Azərbaycan xalqının gücünü, Ordunun peşəkarlığını, hərbçilərin cəsarətini və qəhrəmanlığını göstərdi. Şuşanın azad edilməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Şuşa əməliyyatlarında əsgərlərimizin qəhrəmanlıq göstərməsi, əlbəyaxa döyüşlərdə düşməni məhv etmələri, yaralanmış, şəhid olmuş yoldaşlarını özləri ilə birgə son nöqtəyə qədər aparmaları kimi insanlıq, vətənpərvərlik əməllərindən söz açan məqalələr günlərdir Azərbaycanın və dünyanın mətbuatında, sosial şəkələrində geniş yer alır. Bu tarixi qələbəmiz , vətənpərvərlik addımları tariximizin şanlı səhifələrindən birinə çevriləcəkdir.
Biz azərbaycanlılar yoldaşlıq və dostluq ənənələrinə sadiqik, dövlətimiz dünya dövlətləri ilə dostluq və əməkaşlıq edir. Yurdumuzda başqa xalqlarln nümayəndələri də azad yaşayırlar. Təbii ki, Azərbaycan xalqı öz multikultural dəyərlərini bundan sonra da yaşadacaq və tolerant inanclarına sadiq qalacaqdır. Vahid Azərbaycan çoxmillətli, çoxkonfessiyalı, mütərəqqi dövlətdir. Azərbaycandabütün vətəndaşlar, bütün xalqların, dinlərin nümayəndələri normal yaşayırlar, mehribanlıq, sülh şəraitində yaşayırlar. Erməni xalqı da belə yaşayacaq. Biz ermənilərlə düşmənçilik etməmişik, onlar bizim torpaqları zəbt eləmişdilər. Artıq işğalçılıq bitib, torpaqlarımız azad edilib, Prezidentimizin də dediyi kimi, ermənilər bizim qanunlarımıza əməl etməklə buralarda yaşaya bilərlər. Çünki, bu torpaqlar Azərbaycanın əraziləridir. Vəssalam.
Azərbaycan hökuməti işğaldan azad olunmuş bütün ərazilər üçün yeni böyük baş plan tərtib edəcək. Bütün inzibati binalar, ictimai binalar, məktəblər, tibb ocaqları tikiləcək. Yeni iş yerləri açılacaq, insanların yaşayışı üçün hər cür şərait yaradılacaqdır. Bütün infrastruktur yaradılacaq. Küçələr, parklar, xiyabanlar salınacaq. Bütün şəhərlərdə qələbə abidələri ucaldılacaq və həyat qayıdacaq.
Müzəffər Azərbaycan Ordusu dünya tarixində görünməmiş bir döyüş nümunəsi göstərərək Qalib oldu. Azərbaycan Ordusunun, Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Bizim Vətən övladları, hərbçilərimiz, digər döyüşçülər torpaqlarımızın azad edilməsi uğrundakı döyüşlərdə fədakarlıq nümayiş etdirdilər. Göstərdilər ki, Vətən yolunda, Torpaq uğrunda can qoymağa, ölməyə dəyər.
Qələbə səlnaməsi, bu günümüzün, gələcəyimizin şanlı tarixi günləri ardıcılıqla torpqlarımızın xilas edildiyi günlərin hər biri bir salnamədir. Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa və Şuşadan bir gün sonra 70-dən çox kənd azad edildi, bütövlükdə 300-dən çox yaşayış məntəqəsi azad edildi. Düşmənin kapitulyasiyası ordumuzun gücü hesabına əldə olunmuş nəticədir. Müzəffər Azərbaycan Ordusu zəfər çaldı. Soyuqlu payız günlərində, gecə-gündüz döyüşçülərimiz addım-addm irəliləyərək bu yerləri azad etməklə cəsarət nümayiş etdirdilər. Bu həqiqətən qəhrəmanlıqdır, qorxmazlığın nümunəsidir.
Təzyiqlərə rəğmən qazanılmış Qələbə həqiqətən şirindir. Düşmən müharibədən uzaq bölgələri, dinc insanları belə atəşə tutdu, lakin Azərbaycan geri çəkilmədi. Öldü var, döndü yoxdur, deyərək düşməni böyük məğlubiyyətə və itkilərə məruz qoyaraq Böyük Qələbəmizi qazandı. 44 gün ərzində müntəzəm surətdə müxtəlif mənbələrdən, müxtəlif ünvanlardan müxtəlif təzyiqlər, təhdidlərin olmasına rəğmən Azərbaycan zəfər çaldı. Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları möhtəşəm Qələbəni böyük qürur hissi ilə qeyd edir. Biz qalib olduq.
Azərbaycan xalqının cəlladları öz haqlı cəzalarını yaşayırlar. Onlar elədiklərinin cavabını aldılar. Azərbaycan ordusu Ermənistana uzun illər rəhbərlik etmiş cinayətkarlara da dərs verdi. Paşinyan son iki il ərzində öz ölkəsini məhv edib. Azərbaycan Köçəryan-Sarkisyan ordusunu da məhv etdi.
Güc və həmrəylik rəmzi olan dəmir yumruq. Azərbaycan xalqı tarixi ədaləti güc, birlik, igidlər və şəhidlər hesabına bərpa etdi. Dövlət başçımızın bayrağımızı tarixi Xudafərin körpüsündə qaldırması Azərbaycan xalqı üçün qürur və fəxarətdir. Xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin həm də milli qürur məsələsidir. Prezidentimizin və birinci xanımın bu yerləri gəzməsi və görüləcək işlərlə bağlı söhbətləri onu göstərir ki. ərazilərimiz tezliklə düşmənin etdikləri cinayətlərdən təmizlənəcək, ərazilərdə ağaclar, güllər pöhrələnəcək, hayat əvvəlkindən də gözəl olacaqdır.
Haqq və tarixi ədalət uğrunda aparılan Vətən müharibəsi. Azərbaycanın parlaq Qələbəsi təkcə ölkənin ərazi bütövlüyünün bərpası anlamına gəlmir. Bu, şərlə xeyir qüvvələrinin mübarizəsidir. Şər qüvvələri məğlub olub, Azərbaycan isə qalib gəlib. Çünki Azərbaycan qurub yaradan ölkədir. Azərbaycan xalqı bir daha öz böyüklüyünü göstərəcək.
Düşmən tərəfindən vurulmuş ziyan hazırda əlaqədar qurumlar tərəfindən hesablanır. Zərərçəkmiş bütün insanlar dövlət dəstəyi hesabına öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bu işlər planlı şəkildə aparılacaq. İlk növbədə, ziyan hesablanacaq, onun dəqiq uçotu aparılacaq, ondan sonra bərpa-yenidənqurma işləri görüləcəkdir.
Bütün dünya erməni vandalizm aktlarının şahidi oldu. Mənfur düşmən hazırda torpaqlarımızdan çıxarkən belə pis niyyətlərindən qalmır, vəhşiliklər törədir: evləri və məktəbləri yandırır, ağacları və elektrik xətlərini qırır. Bütün dünya bunu görür, bütün aparıcı beynəlxalq kanallar bunu göstərir.
Dağıdılmış Füzuli şəhəri erməni faşizminin canlı şahididir. Səfəri zamanı Prezidentimiz də qeyd etdi ki, ermənilərin törətdikləri insanın ağlına gəlməyən əməllərdir və onlar buna görə tarix qarşısında cavab verəcəklər. “İşğal edilmiş bütün ərazilərdə evləri dağıdıblar, bütün infrastruktur dağıdılıb, bir dənə də salamat bina yoxdur. Bütün dünya görməlidir erməni vəhşiliyi nə deməkdir. Sanki bu torpaqlardan bir vəhşi qəbilə keçib. Onlar hər şeyi dağıdıb, talan edib, Azərbaycanın mədəni, tarixi, dini irsi silmək istəyib”.
Azərbaycanın Qələbəsi eyni zamanda erməni miflərinin sonu deməkdir. “Ermənistanın güclü ordusu var”, “erməni xalqı döyüşkən xalqdır”, “Azərbaycan xalqı döyüşə bilmir” kimi miflərə son qoyuldu.
Rəsmi İrəvan törətdiyi vandalizmə görə cavab verməlidir. İşğalçılıq illərində ermənilər bütün ərazilırdə evləri, tarixi abidələri, məzarlıqları, məktəbləri, digər iaşə obyektlərini dağıtmış, meşələri yandırmış, dəhşətli vəhşiliklər törətmişlər. Bu cür insaniyyətə və bəşəriyyətə qarşı törədilmiş cinayətlərə görə Ermənistan məsuliyyət daşımalıdır. Ermənistan hakimiyyəti beynəlxalq məhkəmələrdə cavab verəcəkdir, bütün vurulmuş ziyan hesablanacaq və cinayətkarlar tərəfindən ödəniləcəkdir.
Bir həqiqəti dünya və ermənipərəst dövlətlər gördülər ki, Azərbaycan xalqı öz torpaqlarını azad etdi, Azərbaycanın ərazi bütövlüyü təmin edildi.
Qarabağ Azərbaycandır!
Texnika üzrə fəlsəfə doktoru
Dos. Rövşən Əliyev