Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının 28-ci ildönümü münasibətilə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun T Ə B R İ K İ

20 noyabr 2020 | 16:00

Hörmətli siyasi həmfikirlər!

Bildiyimiz  kimi bu ayın 21-də  Ulu öndər Heydər Əliyevin  siyasi ideyaları əsasında yaradılan, onun rəhbərliyi ilə möhtəşəm uğurlar qazanan, bu gün  Heydər Əliyev xəttinin layiqli davamçısı ölkə Prezidenti  İlham Əliyevin rəhbərliyi ilə  uğurlar  marafonunu davam etdirən Yeni Azərbaycan Partiyasının yaranmasının 28 ili  tamam olur. Bu münasibətlə  YAP şəhər təşkilatının üzvlərini ürəkdən təbrik edir, onlara can sağlığı, doğma Azərbaycanımızın gələcəyi naminə göstərdikləri xidmət yollarında yeni-yeni uğurlar arzulayıram.
     Məlum olduğu kımı, ölkəmizin müstəqilliyi bərpa edildikdən sonra Azərbaycanın an ağır məsuliyyətli dövründə 1992-ci ilin noyabrın 21-də Yeni Azərbaycan Partiyası yaradılıb. Ümummilli lider Heydər Əliyevin ideya  və təşkilatçılığı ilə yaranan Yeni Azərbaycan partiyası Ulu öndər hakimiyyətə gəldikdən sonra Azərbaycanın xaos və anarxiyadan xilasında, ölkəmizdə ictimai-siyasi sabitliyin bərpa olunmasında yaxından iştirak etdi, bu proseslərdə önəmli rol oynadı.
     Ümummilli liderimizin əsasını qoyduğu inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən çox böyük dəqiqliklə və uğurla davam etdirilir. 2003-cü ildən xalqın etimadı ilə ölkəmizə, 2005-ci ildən Yeni Azərbaycan Partiyasına rəhbərlik edən cənab İlham Əliyevin həyata keçirdiyi sərrast, qətiyyətli və uğurlu siyasət nəticəsində Azərbaycan dövləti dünyanın inkişaf edən ölkələri sırasında mühüm yerlərdən birini tutur. Bu gün Azərbaycan güclü, özünün inkişafını müstəqil təmin edən müasir bir dövlət kimi tanınır. Bilirik ki, Yeni Azərbaycan Partiyası bu gün də özünün səriştəli liderinin rəhbərliyi ilə ölkənin siyasi həyatında öncül mövqeyini davam etdirir.               
Hörmətli siyasi həmfikirlər!

     Hamımız üçün sevindirici haldır  ki, rəhbərliyi ilə ölkəmizə ardıcıl uğurlar nəsib edən İlham Əliyev bu il yeni bir uğura da imza atdı. 30 ilə yaxın bir dövrdə işğal altında olan torpaqlarımız cənab İlham Əliyevin komandanlığı və yüksək diplomatik rəhbərliyi sayəsində özümüzə qaytarıldı. Azərbaycanın ərazi bütövlüyü bərpa edildi.  Bu il Yeni Azərbaycan Partiyasının 28-ci il dönümü ilə Qələbə bayramı sevinci eyni vaxta təsadüf edir. Bu münasibətlə Mən bir daha Sizləri təbrik edir, Partiyamıza uzun müddətli liderlik, üzvlərə bu partiyanın şərəfli adının daşıyıcısı kimi şəxsi, ictimai və siyasi həyat yollarında yeni-yeni nailiyyətlər arzulayıram.
     Yaşasın Yeni Azərbaycan Partiyası!
     Yaşasın bu Partiyanı qələbədən-qələbəyə aparan əbədiyaşar Heydər Əliyev ideyaları!
     Yaşasın Yeni Azərbaycan Partiyasının sədri, Ali baş komandan cənab İlham Əliyev!
     Bayramınız mübarək! 

Keçidlər