Mingəçevirli şahmatçılar 4 qızıl medal qazandılar
Mingəçevir şahmat məktəbinin yetirmələri Zeynəb İsmayılzadə və Aysel Səlimova Yunanıstanın Kavala şəhərində keçirilən yarışlarda iştirak edərək şahmatın ropid və blits növləri üzrə dünya birinciliyində və klassik növü üzrə Avropa birinciliyində müvafiq yerlər tutublar: Şahmatın ropid və blits növləri üzrə dünya, klassik növü üzrə Avropa birincisi olan Aysel Səlimova Cənubi Afrika Respublikasında keçiriləcək dünya birinciliyinə də vəsiqə qazanıb. İkinci şahmatçı da qızıl medala layiq görülüb. Ümumilikdə, şahmatçılar Mingəçevirə 4 qızıl medalla qayıdıblar. Fərəhli haldır ki, Üzeyir Hacıbəyli adına 1 nömrəli 11 illik musiqi məktəbinin 2 şagirdi Uşaq və Gənclər arasında təşkil olunan xalq çalğı alətləri ifaçılarının 3-cü respublika müsabiqəsində laureat olublar. Onlar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 3-cü dərəcəli diploma və pul mükafatına layiq görülüblər. Eyni müsabiqədə 2 saylı musiqi və İncəsənət məktəblərinin şagirdləri də müxtəlif nominasiyalar üzrə qalib olublar.
Mingəçevir Şəhər İcra Hakmiyyətinin başçısı Niyazi Bayramov yeniyetmə və gəncləri, onların müəllim və valideyinlərini təbrik edib. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin bu gün də uğurla davam etdirilməsindən, idmanın inkişafına göstərilən dövlət qayğısından, milli musiqimizin, xüsusilə muğamlarımızın təbliği istiqamətindən söz açaraq Heydər Əliyev Fondunun gördüyü işlərdən danışıb. Yeniyetmə idmançılar və onların müəllimləri qayğıya görə minnətdarlıq ediblər. Tədbirin sonunda yeniyetmə və gənclərə İcra Hakimiyyətinin başçısı qiymətli hədiyyələr təqdim edib.