Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhərində əhali arasında maarifləndirmə və dezinfeksiya tədbirləri gücləndirilmişdir.

05 noyabr 2020 | 16:00

Ölkənin iri şəhərlərindən olan Mingəçevirdə küçələr, prospektlər iri avtomobillərlə, parklar, binalar, söhbətgahlar isə dezinfeksiya stansiyasının əməkdaşları tərəfindən dərmanlanır.


            Mingəçevir şəhər İcra Hakimiyyətinin əməkdaşı Bəxtiyar Mustafayev məlumat verərək bildirmişdir ki, Şəhər İcra Hakimiyyəti tərəfindən yaradılan mobil qruplar əhali arasında maarifləndirmə işi aparır, vətəndaşlara pulsuz maskalar paylayırlar. Mobil qruplar əhali arasında, vətəndaşların sıx toplaşdığı yerlərdə maarifləndirmə tədbirlərini gündəlik olaraq davam etdirilirlər.


           Son günlər isə maarifləndirmə tədbirləri dahada gücləndirilmişdir.  Beləki bu gündə şəhərin sağ sahilində Təbriz, Y.Muradov, Ə.Şıxlinski, N.B.Vəzirov, Nizami küçələrində və H.Əliyev prospektində yaşayış binalarının girişlərində və həyətlərdə dezinfeksiya işləri aparılmış, mobil qruplar tərəfindən sakinlərə tibbi maskalar paylanmışdır. Bu cür tədbirlər şəhərin ictimai iaşə müəssisələrində də aparılmış, monitorinq qrupları tərəfindən reydlər keçirilmiş, inzibati tədbirlər təşkil edilmişdir”.


           Mingəçevirdə müşahidələr göstərir ki,  insanlar son vaxtlar tibbi maskdan istifadəyə üstünlük verir, özlərini qorumaqla yanaşı virusun cəbhəyə gedib çıxmaması üçün maskadan istifadəni vacib hesab edirlər.
Qeyd edək ki, Mingəçevirdə kornovirusla mübarizə tədbirləri davam etdirlir.

 

Keçidlər