Mingəçevirdə Azərbaycan Polisinin peşə bayramı qeyd olunub
Tədbirdən əvvəl Mingəçevir Polis Şöbəsinin şəxsi heyyəti və ictimaiyyət nümayəndələri ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər. Tədbirdə çıxış edən Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi, polkovnik Ələsgər Bədəlov Azərbaycan polisinin yaranma tarixindən, keçdiyi inkişaf yolundan söz açıb. Bildirib ki, daxili işlər orqanları ictimai-siyasi asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə müstəsna xidmətlər göstəriblər, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Daxili İşlər Nazirliyinin maddi-texniki bazası müasir dövrün tələbləri səviyyəsinə çatdırılıb: “Polis əməkdaşlarının sosial müdafiəsi üçün mühüm addımlar atılıb. Dövlətçiliyimizə sədaqətlə xidmət edən Azərbaycan polisi bu gün də qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlir. Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov peşə bayramları münasibət ilə asayiş keşikçilərini təbrik edib. Hüquq-mühafizə orqanlarının rəhbərləri, polis veteranları da çıxış edərək gənc polislərə öz tövsiyələrini veriblər. Sonda bir qrup polis əməkdaşına və polis veteranına fəxri fərman və hədiyylərr təqdim olunub.