Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhərində COVİD-19 koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri davam etdirilir.

28 oktyabr 2020 | 16:00

 Mingəçevir şəhəri ərazisində Nazirlər Kabineti yanında Operativ Qərargahın tələbləri əsasında müəyyənləşdirilmiş Tədbirlər planına uyğun olaraq açıq ərazilər, yaşayış və qeyri-yaşayış binaları, fəaliyyətinə icazə verilmiş ticarət və xidmət obyektlərində, apteklərdə, ödəniş terminallarında, sərnişindaşıma müəssisələrində epidemiya aşkarlanan ərazilərdə, ictimai yerlərdə təmizlik və dezinfeksiya işləri mütəmadi olaraq aparılır. Həftədə 2 dəfə şəhər ərazisində parklarda, küçələrdə, məhəllələrdə, ictimai yerlərdə, ticarət və xidmət obyektlərində və əhalinin sıx olduğu  yerlərdə dezinfeksiya işləri görülür. 

 Binaların girişlərində, idarə və müəssisələrdə, ticarət və xidmət obyektlərində əhalinin nəzərinə çarpan sahələrdə təlimatı posterlər yerləşdirilmişdir.  Monitorinq qrupları tərəfindən ictimai iaşə obyektlərində və nəqliyyatda mütəmadi reydlər təşkil edilir və inzibati tədbirlər həyata keçirilir.
           Şəhər ərazisində “COVİD-19”-a yoluxan şəxslər aşkar olunan kimi həmin ərazi nəzarətə götürülür, dezinfeksiya işləri aparılır, xəstənin karantin xəstəxanalardan birinə yerləşdirilməsi təmin edilir.
           Şəhər ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə şəhər İcra Hakimiyyəti, Bələdiyyə və Polis şöbəsinin nümayəndələrindən ibarət  35 təbliğat qrupu və 3 monitorinq qrupu yaradılmış və onların fəaliyyəti mütəmadi olaraq həyata keçirilir.

   Son günlər Respublikada yoluxma sayının artması ilə əlaqədar şəhərdə işlər gücləndirilmiş, yas mərasimlərinin məhdudlaşdırılması tədbirləri artırılmış, şəhidlərin dəfn mərasimlərindən başqa digər mərasimlərin keçirilməməsi şəhid ailələrinə tövsiyə olunmuşdur.
   Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq şəhərdə parklarda, küçələrdə, ticarət və xidmət obyektlərində və digər yerlərdə dezinfeksiya işləri davam etdirilir. Formalaşdırılmış mobil qruplar vasitəsilə maarifləndirmə tədbirləri aparılır. Maarifləndirmə tədbirləri ilə yanaşı Nazirlər Kabineti tərəfindən şəhər İcra Hakimiyyətinə göndərilmiş 20300 ədəd tibbi maska mobil qruplar vasitəsilə əhaliyə paylanılmışdır.
   Azərbaycan Respublikasının Baş naziri tərəfindən təsdiq olunmuş  “Xüsusi karantin rejimi dövründə dövlət orqanlarında koronavirus (“COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sanitariya-epidemioloji və profilaktik tələblər” 1.1.3 və 1.1.4 bəndlərini rəhbər tutaraq şəhər İcra Hakimiyyəti başçısının 30 iyul 2020-ci il tarixdə sərəncamı olmuş və sərəncama əsasən şəhər ərazisində fəaliyyət göstərən dövlət orqanlarında sanitariya-epidemioloji, profilaktik tələblərə, işin təşkilinə nəzarəti gücləndirmək məqsədilə müəssisələrdə müvəkkillər təyin edilmişdir. Müvəkkillər vasitəsilə müəssisələrdə sanitar epidemioloji qaydalara nəzarət təşkil olunur,  hər gün işçilər məsafədən termometrlə yoxlanılır.

     Həmin müvəkkillərin işlərinə nəzarət isə şəhər İcra Hakimiyyətində fəaliyyət göstərən Operativ qərargahın üzvləri tərəfindən həyata keçirilir.
     Nazirlər kabineti yanında Operativ qərargahın sonuncu  tövsiyələrinə uyğun olaraq Mingəçevir şəhərinə giriş-çıxışın məhdudlaşdırılması ilə əlaqədar şəhər Polis şöbəsi tərəfindən şəhərin hər iki istiqamətində giriş-çıxışlara postlar qurulmuşdur.

Görülən müvafiq tədbirlərlə yanaşı şəhər ərazisində yoluxma hallarının qarşısının alınması üzrə tədbirlər davam etdirilir. 

Keçidlər