Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər İcra Hakimiyyətinin başçısı şəhid ailələri və Qarabağ əlilləri cəmiyyətinin sədrləri ilə görüşüb.

17 oktyabr 2020 | 16:00

Dövlət Müstəqilliyinin 29-ci ildönümü ilə bağlı Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov  şəhid ailələri  və Qarabağ əlilləri cəmiyyətinin sədrləri ilə görüşüb.

Görüşdə başçı müstəqillik günü ilə bağlı təbriklərini çatdırıb və bildirib ki, məhz Ulu Öndərin ölkə rəhbərliyinə qayıdışından sonra Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyi və dönməzliyi təmin edilib, respublikamız yeni inkişaf dövrünə qədəm qoyub. O daha sonra vurğulayıb ki,  ümummilli lider Heydər Əliyev siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanın dövlət müstəqilliyi getdikcə daha da möhkəmlənib. Başçı onu da diqqətə çatdırıb ki, ölkəmiz hazırda iki düşmənlə üz-üzədir: “Onlardan biri bütün dünyanı cənginə alan koronavirus pandemiyası, o biri isə ölkəmizin ərazilərində terror aktları törətməkdə davam edən faşizm xislətli Ermənistandır: “Bu gün Ali Baş Komandanın rəhbətliyi ilə ordumuz işğal altında olan ərazilərimizi  erməni terrorçularından təmizləyir. Hər gün bu barədə sevincli xəbərlər eşidirik”. 

Daha sonra İlham İsmayılov yenidən aktivləşən” COVİD-19-la mübarizədə fəal olmağı da tövsiyyə edib. Bildirib ki, Milli  Ordumuzun Ermənistanın təcavüzünə qarşı uğurlu əks-hücum əməliyyatları apardığı zamanda hər birimiz virusun geniş yayılmaması üçün müvafiq qaydalara riayət etməklə dövlətimizə, ordumuza dəstək vermiş olarıq: “Buna görə də sizlər öz üzvləriniz arasında geniş maarifləndirici söhbətlər aparmalısınız”.

Qeyd edək ki, dövlət müstəqilliyi günü münasibəti ilə hər bir Qarabağ əlilinə və şəhid ailəsinə Mingəçevir şəhər İcra Hakimiyyəti fondundan 200 manat məbləğində pul yardımı edilmişdir.

Keçidlər