Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdə Silahlı Qüvvələr günü qeyd olunub

26 iyun 2014 | 15:00

Azərbaycan Silahlı Qüvvələr günü münasibətilə şəhər ictimaiyyətinin nümayəndələri şəhərdəki N saylı hərbi hissənin əsgər və zabit heyəti ilə görüşüblər.  Hərbiçiləri təbrik edən şəhər İcra Hakimiyyətinin birinci müavini İlham İsmayılov ordu quruculuğu sahəsində əldə olunan uğurlardan danışıb. Bildirib ki, milli ordunun formalaşdırılması istiqamətində mühüm addımlar atılır. Əsgər və zabitlərimizin peşəkarlıq səviyyəsinin artırılması, döyüş əzminin yüksəldilməsi, sosial problemlərinin həlli daim dövlətin diqqət mərkəzində saxlanılır. Milli ordumuz ən müasir silah-sursatla təmin edilir, hərbi hissələrimizdə nümunəvi şərait yaradılır. Ordu quruculuğu sahəsində mühüm islahatların həyata keçirildiyini diqqətə çatdıran digər natiqlər də hərbiçiləri təbrik edərək, torpaqlarımızın tezliklə işğaldan azad olunacağına inandıqlarını qeyd ediblər. Görüşdə xidmətdə fərqlənən əsgər və zabitlərə şəhər İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim olunub. Sonra şəhərin musiqi kollektivləri bayram konserti ilə çıxış ediblər.

Keçidlər