Pandemiyaya qarşı mübarizə üzrə tədbirlər davam etdirilir.
Mingəçevirdə pandemiya təhlükəsinə qarşı aparılan kompleks mübarizə tədbirləri çərçivəsində İcra Hakimiyyəti tərəfindən şəhərin müxtəlif hissələrində maarifləndirmə tədbirləri keçirilmişdir. Şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən Operativ Qərərgahın tapşırığına əsasən şəhərin kommunal müəssisələrində çalışan işçi heyətinə pulsuz qoruyucu maska paylanmaqla yanaşı onlarla virusdan qorunma üsulları ilə bağlı maarifləndirici söhbətlər aparılmışlar. Şəhər ərazisində aparılan genişmiqyaslı abadlıq quruculuq işləri ilə əlaqədar Mingəçevirin müxtəlif ərazilərində çalışan işçilərlə İcra Hakimiyyətinin əməkdaşları görüşlər keçirmiş, görüşlər zamanı pandemiya ilə mübarizə üzrə tələblərə riayət olunması üçün bir daha müvafiq təlimatları çatdırmışlar. Təbliğat işləri şəhərin H.Əliyev prospekti, Puşkin, Günəş, A.Məmmədov, Xətai küçələri, həmçinin, “Dostluq” və “Nəsimi” parklarında abadlıq işlərində çalışan kommunal müəssisələrin işçiləri arasında aparılmışdır. Bundan əlavə İcra Hakimiyyəti nəzdində yaradılmış mobil təbliğat qrupları tərəfindən şəhər sakinləri üçün də pulsuz maskaların paylanılması nəzərdə tutulmuşdur.