Şriftin ölçüsü :

Saytın rəngi :

Abadlıq-quruculuq işləri davam edir. Nizami küçəsi yenilənir.

09 oktyabr 2020 | 16:00

    Regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində Mingəçevirdə həyata keçirilən əsaslı tikinti və abadlıq işləri genişlənir. Mingəçevir şəhər İcra Hakimiyyətinin ilin əvvəlində tərtib edilmiş tədbirlər planına müvafiq olaraq şəhərin bütün küçə və məhəllələrində abadlıq-quruculuq işləri uğurla davam etdirilir. Küçələrin asfaltlanması, yaşayış binalarının fasadlarının üzlənərək rənglənməsi, blokların əsaslı təmiri, məhəllələrdə sakinlər üçün gözəl şəraitin yaradılması insanları razı salır. Bir qədər bundan əvvəl xəbər verdiyimiz kimi belə abadlıq işləri şəhərimizin Sağ Sahilində yerləşən parkda və parka yaxın küçələrdə həyata keçirilmişdir. 

    Heydər Əliyev prospekti ilə 20 Yanvar küçəsinin kəsişdiyi ərazidə böyük quruculuq işləri aparılıb.  Hazırda quruculuq işləri Mingəçevirin ən geniş küçələrindən olan Nizami küçəsi boyunca aparılır. Burada piyadaların rahat gediş-gəlişi üçün səkilər yenilənir, piltələr döşənir, bəzi yerlərdə asfalt örtüyünün salınması üçün hazırlıq işləri aparılır. 

 

 

Keçidlər