Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan xalqı münaqişənin regional münaqişəyə çevrilməsinin qəti əleyhinədir.

05 oktyabr 2020 | 16:00

Otuz ilə yaxındır ki, Ermənistan Azərbaycanda işğalçılıq əməlləri törədir. Nəticədə torpaqlarımızın 20 faizi işğal edilib, 1 milyona yaxın adam  yurd yerindən məcburi köçkün düşüb, yüzlərlə insan həlak olub, əsir götürülüb. Təkcə1992-ci ilin 26 fevralında erməni hərbi birləşmələri  Xocalıda törətdikləri soyqrım zamanı 600-dən çox insan, o cümlədən qadınlar, uşaqlar  öldürülmüş, yüzlərlə vətəndaş əsir və ya  itkin düşmüşdür.  Qaniçən və zalım millət kimi tarixdə iz salan ermənilər get-gedə daha da azğınlaşır, torpaqlarımızın sərhəd bölgələrinə atəşlər açır, dinc əhalini öldürür, rahatlığını pozur. Bütün bunları bilən dünya birliyi susur. Onlar torpaqları həmişəlik işğal altında saxlamaq istəyirlər. Onlar status-kvonun dəyişməsini istəmirlər və bu da münaqişənin bu qədər uzun çəkməsinin səbəbidir. Əgər Ermənistan iradə göstərsəydi və əsas beynəlxalq təşkilatların qətnamələrinə uyğun şəkildə davransaydı, münaqişə uzun illər bundan əvvəl həll edilmiş olardı.
   Azərbaycan  sülhün tərəfdarıdır. Uzun illərdir ki, həmsədr dövlətlərin, Minsk qrupunun iştirakı ilə torpaqların azad edilməsi ilə bağlı danışıqlar aparılsa da düşmən tərəf qəbul edilən qərarlara əhəmiyyət vermir, öz çirkin əməllərindən qalmır.
   BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr kağız üzərində qalmaqdadır. Həll yolunun tapılması üçün vasitəçilik aparmaq məqsədilə Minsk qrupu artıq 28 ildir ki, fəaliyyət göstərir və heç bir nəticə yoxdur. Bunun əsas səbəbi Ermənistanın mövqeyidir, ikinci səbəb Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına başlamaq üçün vasitəçilər tərəfindən təkid göstərilməməsi və təzyiqin olmamasıdır.
  Beynəlxalq hüququn normaları və beynəlxalq təşkilatların qərar və qətnamələri baxımından çox geniş dəstək var. Beynəlxalq ali orqan olan BMT-nin Təhlükəsizlik Şurası Ermənistanın qoşunlarının geri çəkilməsini tələb edən qətnamələr qəbul etmişdir. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası eynisini edib. İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti kimi digər beynəlxalq təşkilatlar və başqaları eynisini edib, lakin bu, kifayət etmir. Azərbaycanın yalnız bir tələbi var:  Ermənistan Azərbaycanın işğal etdiyi əraziləri qeyd-şərtsiz geri qaytarmalı, ədalət bərpa edilməlidir. Buna rəğmən düşmən daha yeni əraziləri zəbt etmək, dinc əhalini təşvişə salmaq, öldürmək, yaralamaq, inzibati binaları, evləri, əraziləri dağıtmaqla Azərbaycan xalqına qarşı insanlığa sığmayan əməllər törətməkdə davam edir. Azərbaycan xalqı işğalla barışmır, torpaqlarının geri alınması yolunda hər cür mübarizəyə hazırdır.
   Azərbaycan həqiqətlərini bütün dünya bilir, lakin təcavüzkara kifayət qədər praktiki təzyiq yoxdur. Beləliklə, burada beynəlxalq hüquq və reallıqda baş verənlər arasında ziddiyyət görürük. Ermənistan tərəfindən beynəlxalq hüquqa və normalara açıq şəkildə məhəl qoyulmaması beynəlxalq hüququn işləmədiyinin və ya selektiv üsulla işlədiyinin yaxşı göstəricisidir. Bəlkə də münaqişənin sülh yolu ilə həll edilməsini istəməyən, qəsdən qarşıdurma yaradan, düşmən dövləti çirkin niyyətlərə yönəldən qüvvələr ara qarışdırırlar.  Azərbaycanın tərəqqisini, türk dünyasının qələbələrini, İslamın inkişafını istəməyən qüvvələr  düşməni təhrik edirlər ki, Azərbaycana qarşı düşmən və qatil mövqeyini davam etdirsin.
   Ermənistan illərdir ki, özünü qanmaz və aciz tərəf kimi göstərərək müzakirələri davamlı olaraq pozur. Son iki ildə “inqilab”dan sonra Ermənistanın nə bəyan etdiyinə nəzər salındığında görünür ki, onlar həmişə təhrik ediblər və yeni müharibəyə başlamağı hədəfə alıblar və bunun səbəbi danışıqları tamamilə pozmaq idi. Onlar Azərbaycana qarşı bir neçə hərbi təxribat törədiblər. İyulun 12-də onlar münaqişə regionundan çox uzaqda olan Tovuz rayonunda, Azərbaycanın qərbində, Ermənistan-Azərbaycan sərhədindəki kəndlərə və hərbi mövqelərə hücum ediblər. Hadisə nəticəsində mülki insanlar, hərbçilər həlak olublar, inzibati binalar dağıdılıb, əhaliyə külli miqdarda ziyan dəyib.
   Toqquşmalar yalnız dörd gün davam etdi. Bundan sonra avqustun 23-də Ermənistan ordusu tərəfindən ərazimizə daxil olmaq və terror aktlarını törətmək üçün göndərilmiş diversiya qrupu dağıdılmışdır və bu diversiya qrupunun başçısı yaxalanmışdır. Göründüyü kimi, ermənilər təxribatlarını hər sahədə davam etdirir, pisliklərindən qalmırlar.
   Onlar Azərbaycanı günahlandırmaq və “baxın, Azərbaycanla danışıqlar aparmaq mümkün deyil” söyləmək istəyirdilər. Səbəblərdən biri də onların daxili çətinlikləri ola bilər. Çünki indi Ermənistanda baş verənləri bilirik. Ermənistanda insanların həyat tərzi çox aşağı səviyyədir, işsizlik baş alıb gedir. Əhalinin sosial rifah halının yaxşılaşması üçün heç bir addım atılmır. Onlar çox ciddi siyasi böhrandan əziyyət çəkirlər. Düşmən dövlətin rəhbəri öz əhalisini düşünmür, fikrindəki yalnız başqasına zərbə vurmaq, cinayətlər törətməkdir ki, bunun da zərbəsi illərdir ki, Azərbaycana dəyir.  
Sentyabrın 27-də erməni hərbi birləşmələrinin növbəti dəfə Azərbaycan torpaqlarının sərhəd bölgələrini müxtəlif istiqamətlərdən atəşə tutmasına Azərbaycan Ordusunun şəxsi heyəti adekvat cavab verməklə onlara böyük zərbə vurub. Nəticədə düşmənin bir çox hərbi texnikası, canlı qüvvəsi məhv edilib. Hücuma keçməmişdən iki gün əvvəl əsas müxalifət partiyasının rəhbəri həbs edilmişdir. Sabiq iki prezident barədə cinayət araşdırması aparılır. Hadisələrlə bağlı xalqı məlumatlandıran, həmçinin dünyanın bir çox telekanallarına müsahibə verən dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın haqq işi uğrunda mübarizə apardığını bəyan edir. Bu günlərdə “Əl-Cəzirə” televiziya kanalına müsahibə verən prezidentimiz  düşmənin niyyətlərini açıq aşkar bildirib. Qeyd edib ki, illər boyu danışıqlar aparılsa da ermənilər torpaqlarımızı qeyd-şərtsiz qeri qaytarmamaqla təxribatlarını davam etdirirlər. Azərbaycanın tələb etdikləri tamamilə beynəlxalq hüquqa müvafiqdir, çünki bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dünyanın heç bir ölkəsi “Dağlıq Qarabağ respublikası”nı tanımır. Onlar ərazilərimizi tərk etməlidir və yalnız ondan sonra müharibə dayanacaq, münaqişəyə son qoyulacaq.
Əslində, danışıqlar dayanıb. Çünki Paşinyanın özünün savadsız bəyanatları və  “Qarabağ Ermənistandır” ifadəsindən sonra danışıqlar üçün heç bir imkan qalmayıb. Lakin Minsk qrupunun həmsədrləri Ermənistan hakimiyyətinin yeni olduğunu, ola bilsin emosiyalarına və sözlərinə tam hakim ola bilmədiyi üçün xahiş edərək deyirdilər ki, Azərbaycan daha çox anlayış göstərsin.
   Azərbaycan  həmişə sülh yolunun  tərəfdarı olub.  Ona görə də uzun illərdir gözləyirdi və bu yayındırıcı yanaşma olmasaydı, yəqin danışıqlar davam edəcəkdi. Bu bəyanatdan sonra Prezident İlham Əliyevin Ermənistanın baş naziri ilə görüşü oldu. Lakin görüşlər tamamilə mənasız idi, formal xarakter daşıyırdı. Onlar, əraziləri geri qaytarmayacaqlarını deyirdi. Başqa çıxış yolu yoxdur, düşmən sülhü qəbul etmir, üstəgəl torpaqları geri qaytarmaq niyyətindən uzaqdır. Münaqişənin tək yolu torpaqlarımızın müharibə ilə geri qaytarılmasıdır. Necə ki, sentyabrın 27-də düşmən hücumuna şanlı Ordumuzun əsgər və zabitləri cəsarətlə cavab verərək Azərbaycanın  şərəfli tarixinin növbəti mərhələsinin başlanmasına imza atdılar.
   Ermənistanın baş naziri ilkin şərtlər irəli sürüb.  Bu da növbəti təxribatdır, həm də gülüncdür. Bir neçə ay öncə o, Azərbaycan üçün yeddi ilkin şərt irəli sürmüşdü. Əslində, o, öz gündəliyini Azərbaycana və Minsk qrupuna diktə etmək istəyirdi. Ermənistanın baş naziri cılız və savadsız siyasətçidir. Bu ilkin şərtlərdən biri də ondan ibarət idi ki, Azərbaycan “Dağlıq Qarabağ hökuməti” ilə danışıqlar aparmalıdır. Bunu təkcə Azərbaycan yox, həm də Minsk qrupu rədd etdi. Onun irəli sürdüyü şərtlər də, tələblər də özlərinin olmayan tarixlərini kimlərəsə “xatırlatmaq” məqsədlidir. Hamı bilir ki, bu dövlətin tarixi yoxdur, böyük Ermənistan deyib dünyaya car çəkməklə tarix yazmaq mümkün deyil. 
   Şuşa şəhərində qondarma “Dağlıq Qarabağ lideri”nin qondarma “andiçmə” mərasiminin təşkil olunması təxribat idi.  Həm də  Azərbaycanın ərazi bötövlüyünün pozulmasının dünyaya nümayişi idi. Heç bir digər qondarma “Dağlıq Qarabağ lideri” bunu etməmişdir. O, bunu azərbaycanlıların hislərini təhqir etmək üçün edib. Sonra onlar qondarma “Dağlıq Qarabağın parlamenti”ni Xankəndidən Şuşaya köçürməyi qərara aldılar.
   Tarixə nəzər  salaq, müharibəyə Azərbaycan başlamayıb. Ötən əsrin son onilliyində ermənilərin əvvəlcə Qərbi Azərbaycan torpaqlarına və sakinlərinə, ardınca isə Dağlıq Qarabağ bölgəsinə, vətəndaşlara qarşı törətdikləri işğalçılıq əməlləri azərbaycanlıların çox böyük itkilər qazanmasına yol açdı.  Hərbi əməliyyatlara başlayan Azərbaycan tərəfi olmayıb. Azərbaycan özünü müdafiə etməli idi. Əgər Azərbaycan bu dəfə etdiyi kimi cavab verməsəydi, bu gün mülki şəxslərimiz arasında yüzlərlə itki olacaqdı. Hələ də itkilərimiz çoxdur. Mülki şəxslər arasında 19 itkimiz var, onlardan 2-si uşaqdır. Mülki insanlar arasında 54 yaralı var. Ermənilərin artilleriya hücumu nəticəsində 300-dən çox evə ziyan dəyib və ya tamamilə dağılıb;
   Dövlətimizin başçısı müsahibə zamanı vurğulayıb ki, ərazilər azərbaycanlıların tarixən yaşadığı ərazilərdir və onlar ermənilər tərəfindən işğal olunub və dağıdılıb. Füzulidə, Ağdamda və Azərbaycanın başqa şəhər və kəndlərində, işğal olunmuş ərazilərin cənub-şərqində baş verənlərlə bağlı internetdə şəkillər var. Onların bir neçə qanunsuz yaşayış məntəqələrinin olduğu Laçın və Kəlbəcər rayonlarında da dağıntılar var, lakin bu ərazidə olduğu qədər ağır deyil. Bu, Azərbaycan torpağıdır. Onu geri almışıq, onu güc yolu ilə geri qaytarmışıq, onları itkilər verərək geri qaytarmışıq, heç vaxt bundan geri dönməyəcəyik. Orada yaşayacağıq.
   Öz müqəddəratını təyinetmə beynəlxalq hüququn mühüm prinsiplərindən biridir. Lakin BMT Nizamnaməsinə, Helsinki Yekun Aktına nəzər salsaq görərik ki, öz müqəddəratını təyinetmə ölkələrin ərazi bütövlüyünə ziyan vurmamalıdır. Başqa bir mühüm məqam odur ki, ölkənin ərazi bütövlüyü güc yolu ilə dəyişdirilə bilməz, ölkə əhalisinin razılığı olmadan dəyişdirilə bilməz. Ona görə də Dağlıq Qarabağ məsələsində sözsüz ki, öz müqəddəratını təyinetmə ermənilərin etmək istədikləri şəkildə işləmir. Başqa bir arqument odur ki, erməni xalqı artıq öz müqəddəratını təyin edib. Onların müstəqil Ermənistan dövləti var.
   Azərbaycan xalqı münaqişənin regional münaqişəyə çevrilməsinin qəti olaraq əleyhinəyik, deyə bəyan edən prezident İlham Əliyev ermənilərin çirkin niyyətlərinin bu dəfə iflasa uğradığını qeyd edib.  Ermənistanın etmək istədiyi məhz budur. Ona görə də onlar Azərbaycana bəzi xarici dəstəklə bağlı yalan xəbərlər yayırlar. Yalan məlumatları ilə özlərini hücuma məruz qalan tərəf kimi göstərmək istəsələr də reallıq göz önündədir. Biz erməni torpağına qədəm qoymamışıq, onlar isə hərbi hissələrə deyil , dinc əhali olan sahələrə atəşlər açmaqla faşist niyyətlərini göstərirlər.  Lakin, eyni zamanda, onlar özləri xarici dəstək istəyirlər. Onların əsas hədəfi bu münaqişəni regional münaqişəyə çevirməkdir. Lakin ölkələr heç vaxt bunun olmasına imkan verməyəcəklər. Çünki regionumuzda təhlükəsizlik bütün region ölkələrinin maraqlarına xidmət edir və qeyd etdiyiniz ölkələr arasında Türkiyə, Rusiya, İran region ölkələridir;

   Türkiyə heç bir şəkildə münaqişəyə cəlb olunmayıb. Türkiyə qardaş ölkədir və bizim tərəfimizdədir. Azərbaycanın Milli Ordusu ötən illər ərzində güclənib, formalaşıb və düşməni dəf etməyə, torpaqlarımızı müharibə yolu ilə geri almağa qadirdir. Necə ki, on günə yaxındır xalqımıza qələbə soraqları gəlir.  Ermənistanın hücumunun ilk günündən, ilk saatından Türkiyə Azərbaycana tam dəstəyini ifadə etdi. Türkiyə Azərbaycanın yanındadır və Azəbaycan tək deyil. Bu dəstəyi hiss edirik. Türk qardaşlarımıza, Prezidentə və digər rəsmi şəxslərə çox minnətdarıq.
   Ermənistan dezinformasiya yayır. Türkiyəyə məxsus F-16-nın onların Su-25-ni vurması dezinformasiyadır. Onların Su-25 təyyarəsi qəzaya uğrayıb. Ordumuzda, ehtiyatımızda kifayət qədər insan var. Qismən səfərbərlik elan edilib. İnsanlar könüllü olaraq səfərbərliyə yazılır, Vətənimizin düşmən təcavüzündan azad edilməsi yolunda müharibəyə yollanmaq üçün tələsirlər. Bu Azərbaycan xalqının vətənpərvərliyinin canlı nümunəsidir.  Ehtiyac olacağı təqdirdə ehtiyatda olan on minlərlə adamı cəlb etməyə imkan var. Hələlik buna ehtiyac yoxdur. Ermənistanın buna ehtiyacı var, çünki Ermənistan əhalisinin sayı azalır, cəmi 2 milyon nəfərdir. Ona görə də onlar özləri Yaxın Şərqdən insanları cəlb edirlər və sübutumuz var, təkcə erməni əsilliləri deyil. Bundan əlavə internetdə videolar yayılır, Yaxın Şərqdən olan insanlar erməni əsgərləri ilə birlikdə oturub, onların formasını geyiniblər, onlarda Ermənistan milli bayrağı var, onlar birlikdə oturub müzakirə aparırlar. Onlar buna görə məsuliyyət daşımalıdırlar;
   Diplomatiya bir şərtlə işləyə bilər.Azərbaycanın konstruktiv mövqeyinə zidd olaraq, Ermənistanın Baş naziri məqsədyönlü şəkildə danışıqlar prosesinin format və mahiyyətini sarsıdır. Onun qəbuledilməz “yeddi şərti” tərəfimizdən rədd edilmişdir. Bizim sülhə nail olmaq üçün yeganə şərtimiz var. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır. Və Ermənistan, onların havadarları bilməlidirlər ki, Azərbaycan haqqı-ədaləti bərpa edəcək. Çünki Azərbaycanın güclü Milli Ordusu və cəsarətli Ali Baş Komandanı var. Qarabağ Azərbaycandır!

    Mətanət MƏMMƏDOVA,

    “Tərəqqi”  medallı  jurnalist

Keçidlər