Mingəçevir şəhərində Dövlət qulluqçularının peşə bayramı qeyd olunub
23 iyun 2014 | 15:00
Mingəçevir şəhər İcra Hakimiyyətində Dövlət qulluqçularının peşə bayramı münasibətilə tədbir keçirildi. Tədbirdən əvvəl iştirakçılar ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi düzdülər. Tədbiri giriş sözü ilə açan şəhər İcra Hakimiyyətinin Başçısı iştirakçıları salamlayıb, dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edərək, çətin və şərəfli işlərində onalra uğurlar arzuladı. Tədbirin sonunda dövlət qulluğunda fərqlənən bir neçə dövlət qulluqçusuna İcra Hakimiyyətinin Başçısı tərəfindən fəxri fərmanlar təqdim olundu.