Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın onlayn iclası keçirilmişdir.

22 sentyabr 2020 | 16:00

22 sentyabr  2020-ci il tarixində Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın onlayn iclası keçirilmişdir. İclasda  Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı cənab İlham İsmayılov Şuranın iclasını açıq elan edərək gündəlikdə 4 məsələ durduğunu bildirdi və bu məsələlər ətrafında çıxışçılara söz verdi.  Gündəlikdə duran 1-ci məsələ “Ümummilli lider Heydər Əliyevin siyasi irsinin öyrənilməsi və təbliği sahəsində aparılan işlərin vəziyyəti barədə,  2-ci məsələ  “İnzibati ərazi dairəsi üzrə nümayəndəliklərin kommunal təsərrüfatı idarələri ilə əlaqəli işinin təşkili, vətəndaşların qəbulu və müraciətlərə baxılması vəziyyəti haqqında”,  3-cü məsələ “Şəhər mühafizə şöbəsinin şəhər ərazisində mühüm əhəmiyyətli obyektlərin mühafizəsinin təşkilinin vəziyyəti haqqında”, 4-cü məsələ  “Memarlıq  və  tikinti  şöbəsinin  2020-ci  ildə  həyata  keçirəcəyi  tədbirlər  haqqında” olmuşdur.  Məsələ ətrafında çıxışçılar çıxış  etdikdən  sonra sonda şəhər İcra Hakimiyyətinin başçısı cənab İlham İsmayılov iclasa yekun vuraraq müvafiq şöbələrə öz tövsiyyə  və  tapşırıqlarını verdi.

 

Keçidlər