Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdə “Azərbaycanda İnternetin Bu Günü və Sabahı” adlı form keçirilib

12 iyun 2014 | 15:00

Yeni Azərbaycan Partiyasının Gənclər birliyinin tərəfdaş qismində təmsil olunduğu regional tədbirdə Rabitə və Yüksək Texnologiyalar,Gənclər və İdman,Təhsil Nazirliklərinin dəstəyi ilə baş tutub. Regional forumda şəhər ictimaiyyətinin nümayəndələri, İnformasiya və Kommunikasiya Texnologiyaları sahəsində ixtisaslaşmış regional müəssisə və təşkilatlar, özəl internet provayderlərin təmsilçiləri, bölgədə fəaliyyət göstərən ali və orta ixtisas məktəblərinin tələbələri iştirak ediblər. Öncə “Aztelekom”İstehsalat birliyinin baş direktoru Məhəmməd Məmmədov forumun əhəmiyyətini dəyərləndirərək işinə uğurlar arzulayıb. Geniş zolaqlı internetin inkişafı istiqamətində görülən işlərdən bəhs edən qısa video çarx təqdim olunub. Məlumat verilib ki, ”Aztelekom” İstehsalat birliyinin şəbəkəsində geniş zolaqlı internet xidmətlərinin tətbiqi 2005-ci ildən, bu xidmətin kütləvi istifadəsi isə əsasən 2012-ci ildən başlanır. Digər çıxışlarda vurğulanıb ki, ən yeni informasiya kommnikasiya texnologiyalarının şəhər və rayon mərkəzləri ilə yanaşı ən ucqar kəndlərdə də tətbiqi, internet radio televiziya proqramları, elektron nəşrlərin yayılması , sosial şəbəkələrin geniş yer alması və əhalinin əksər hissəsinin aktiv internet istifadəsiçisinə çevrilməsi bu sahənin inkişafının bariz göstəricisidir. Forumun ikinci hissəsində “Aztelekom İstehsalat birliyinin internet layihələri, mərhələlər, perspektivər”, “internetin tarixi”, “internetdə informasiya təhlükəsizliyi”, ”proqram təminatı, e-sənəd dövriyyəsi, praktik tətbiqlər “ və digər mövzular üzrə debatlar aparılıb. Canlı diskusiyalar şəraitində keçən debatlarda aktiv iştirakları ilə gənclərə “Aztelekom”istehsalat birliyinin xatirə hədiyyələri təqdim olunub.

 

 

Keçidlər