Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı yüksək bal toplayan gəncləri təbrik etdi.

17 sentyabr 2020 | 16:00

Mingəçevir şəhər İcra Hakimiyyəti və YAP Mingəçevir şəhər təşkilatı 2019-2020-ci tədris ilində  yüksək bal toplayan gəncləri təbrik edib. Mərasim qaydalara uyğun olaraq Dövlət Rəmzləri Muzeyinin qarşısında keçirilib. Əvvəlcə icra başçısı İlham İsmayılov çıxış edərək  tələbə adını qazanan gəncləri təbrik edib, onlara təhsildə və gələcək həyatda uğurlar arzulamış, yüksək bilikli mütəxəssis kimi yetişməyi və Vətənə ləyaqətlə xidmət göstərməyi tövsiyə etmişdir. Eyni zamanda  ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən söz açan  icra başçısı vurğulamışdır ki, Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilə və onun inkişafına böyük diqqət yetirib. Həmçinin ölkə başçısı cənab İlham Əliyev də bu ənənələrə sadiq qalaraq təhsilin inkişafını həmişə diqqətdə saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirdiyini diqqətə çatdırıb. Təkcə bu il şəhər 16 saylı orta məktəbin əsaslı şəkildə təmir olunmasının və H.Əliyev Fondunun dəstəyi ilə 13 saylı məktəbin yenidən tikilməsi buna bariz nümunə olduğunu vurğulayıb. Başçı onu da qeyd etdi ki, Mingəçevir təhsili həmişə öndə olub, bu gündə Mingəçevir yetirmələrinin yaxşı soraqlarını eşidirik: ”Əminəm ki, bu ilki məzunlarımız da  bu ənənəni davam etdirəcəklər. Biz heç kimi yaddan çıxarmırıq, 600–dən çox bal toplayan məzunları isə onlayn formatda təbrik edəcəyik. Bu gün ən yüksək bal toplayan Mingəçevir Texniki-humanitar liseyinin iki məzunu Mustafayev Samid Zaur oğlu-656.2 bal, Mikayılov Ömər İlham oğlu-655 bal toplamış məzunlarımızı məhz ölkə prezidentinin açılış etdiyi Dövlət Rəmzləri Muzeyinin qarşısında təbrik edirik. Bu muzeydə müstəqil dövlətimizin atributları və tarixi barədə məlumatlar var və hesab edirik ki, bu müstəqil dövlətin ənənələrini və bu günkü gündə əldə etdiyi uğurları siz bilərək, məlumatlanaraq müstəqil dövlətimizin gələcək inkişafına öz layiqli  töhvələrinizi vermək uğurunda formalaşmalısınız. Biz sizə bu ruhda təhsil almağı, formalaşmağı arzulayırıq”.

   Təbrikə qoşulan  Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının sədri  Cavanşir Yusubov  xoş arzularını çatdırıb.
Ən yüksək bal toplayan  Ömər Mikayılov və Samid Mustafayevə hədiyyələr verilib.
   Sonda xatirə şəkli çəkilib. Görüşdən sonra məzunlar muzeyə baxış keçiriblər.

   Qeyd edək ki, 2019-2020 –ci tədris ilində Mingəçevir məktəblərindən 24 məzun 600-dən yuxarı bal toplayıb, 300 dən yuxarı məzun isə ali məktəblərə qəbul olub.

Keçidlər