Mingəçevirdə Qurtuluş günü qeyd olunub
İctimayyət nümayəndələri öncə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsinə hörmət və ehtiramlarını bildiriblər. Ümummilli liderimizin adını daşıyan mərkəzdə milli qurtuluş günündən bəhs edən filmə baxıblar.
Toplantını giriş sözü ilə açan şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov Qurtuluş günü münasibəti ilə təbriklərini çatdırıb. Qeyd edib ki, hər bir xalqın taleyində xüsusi önəm daşıyan hadisələr və tarixlər olur. 15 iyun Milli Qurtuluş günü Azərbaycan xalqının dövlətçilik tarixinə qızıl hərflərlə yazılmış belə bir gündür. Məlumdur ki, çətin günlərdə, həlledici məqamlarda öz xalqını üzləşdiyi çətinliklərdən xilas etmək yalnız böyük və qüdrətli şəxsiyyətlərin çiyninə düşür. Belə bir xilaskarlıq missiyasını öz üzərinə götürən, həyatını təhlükələrə məruz qoyan ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya qayıdaraq Milli Qurtuluş tariximizin başlanğıcını yazdı. Xilaskarlıq missiyasını şərəflə yerinə yetirən ümummilli liderimiz Heydər Əliyev vətəndaş müharibəsi təhlükəsinə, müstəqilliyimizin itirilməsinə son qoyaraq sonrakı illərdə sosial iqtisadi inkişaf tədbirlərini həyata keçirdi. Bu günki qüdrətli Azərbaycan haqlı olaraq Heydər Əliyevin şah əsəri hesab olunur.
Toplantıda Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov ölkəmizin son 21 il ərzində bütün sahələrdə qazandığı uğurlardan faktlarla söz açıb. Bildirib ki, Beynəlxalq və Regional layihələrdə uğurla iştirak edən ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi altında bundan sonra da çox mühüm naliyyətlərə imza atacaq. Tədbirdə çıxış edən digər natiqlər Mingəçevirdə həyata keçirilən sosial infrastruktur layihələrin əhəmiyyətini qeyd ediblər. Xüsusi vurğulanıb ki,15 iyun Milli Qurtuluş gününün tarixi əhəmiyyəti bundan sonra da gənc nəslə çatdırılmalıdır.