Mingəçevirdə ötən il səyyar görüşdə qaldırılan məsələlər öz müsbət həllini tapır.
Ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü dövlət siyasətinin əsasını təşkil edən vətəndaş amili Mingəçevirdə daim diqqət mərkəzində saxlanılır. Son 2 ildə şəhər rəhbərliyi tərəfindən vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar, sakinlərlə keçirilən səyyar görüşlərdə səslənən fikirlərə, qaldırılan məsələlərə operativ şəkildə baxılması bunun bariz nümunəsidir.
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov rəhbər təyin olunduğu ilk gündən şəhərdə keçirdiyi səyyar görüşlər də məhz sakinləri narahat edən məsələlərin öz müsbət həllini tapmasına xidmət edir. İcra başçısının səyyar görüşdə səsləndirilən hər bir məsələyə xüsusi qayğı ilə yanaşması, həlli istiqamətində konkret tapşırıqlar verməsi bunu hər zaman sübut edir.
Bu gün baxş keçirilən şəhərin sağ sahil Yaşar Muradov və Ə.Şıxlıniski küçələrində asfaltlanma və abadlıq işlərinə başlanılıb. Ötən il səyyar görüşlərdə bu ərazi ilə bağlı sakinlər məsələ qaldırmışdır.Bu başlanılan işlər bu dediklərimizin əyani sübutudur.İcra başçısı bildirib ki,məqsədimiz insanların yaxşı yaşaması üçün nə şəriat varsa yaratmalıyıq və bu bizim borcumuzdur. Həmçinin başçı aidiyyatı qurumlara həmin ərazidə sahibsiz itləriin öz qaydası ilə zərərsizləşdirilməsi və ərazidə yaşayan sakinlərin mal-heyvanlarının sahibsiz küçələrə buraxılmasını qarşısının alınması üçün tapşırıqlarını da verdi.
Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti şəxslərə konkret tapşırıqlar verməsi bir daha onu sübut etdi ki, Mingəçevirdə vətəndaş amili hər zaman ön planda olub və bundan sonra da olacaq. Çünki artıq səyyar görüşlərdə qaldırılan məsələlər öz müsbət həllini tapır. Qeyd edək ki,sakinlər tərəfindən qaldırılan məsələlər şəhərin tədbirlər planına salınır və imkan olan kimi həmin işlərə başlanılır.Qeyd edək ki,ərazidə işıqlanma,qaz,su və yaşılaşma işləri aparılacaq.Başçı hər kəsə işlərində uğurlar arzulayıb və bildirdi ki,işin gedişi ilə yaxından maraqlanacağını vurğuladı.