Şriftin ölçüsü :

Saytın rəngi :

Sərt karantin rejimi tətbiq edilən şəhərlər arasında Mingəçevir də vardı.

01 sentyabr 2020 | 16:00

Sərt karantin rejimi tətbiq edilən şəhərlər arasında Mingəçevir də vardı. Bu şəhərdə də yoluxma halları artıdığından Opertiv Qərərgahın qərarlarına uyğun olaraq “Nur şəhəri”-də narıncı zona elan edilmişdi. Amma görülən tədbirlər öz bəhrəsini verdi.
Ölkənin böyük şəhərlərindən olan Mingəçevirdə sərt karantin rejimi ləğv edilib. Şəhərin girş-çıxışına qoyulan polis postları da götürülüb. Sakinlər qaydalara əməl etməklə normal həyatlarını yaşıyırlar. Şəhərdə son günlər yoluxma hallarının azalmasına baxmayaraq dizinfeksiya, Mingəçevir şəhər İcra Hakimiyyəti tərəfindən yaradılan mobil qruplar marifləndirmə işlərini davam etdirir. Mingəçevir Gigiyena və Epidemologiya Mərkəzinin direktoru vəzifəsini icra edən Validə Məmmədova bildirib ki, aparılan qabaqlayıcı tədbirlər öz bəhrəsini verib.
Mingəçevir GEM-in direktoru vəzifəsini icra edən  Validə Məmmədova bildirdi ki, Şəhər İcra hakimiyyəti tərəfindən yaradılan mobil qruplar əhali arasında maarifləndirici söhbətlər aparıb:”Bunların özüdə çox böyük effekt verdi. O cümlədən şəhərin karantinə düşməyinin mənə elə gəlir səbəblərindən biri də, virus çıxmış xəstələrin mənzillərdə qalmasıydı ki, xəstəxanalarda bir müddət yerləşdirmə problemi yaşandı. Bu qərardan sonra bizim şəhərimizdə evdə xəstə sayımız çoxaldı. Artıq sizə onu deyim ki, bu gün aktiv xəstələrin heç biri mənzillərdə deyil, artıq xəstəxanalardadı bu da bizə çox kömək etdi.
Şəhər sakinləri də sərt karantin rejiminin ləğv edilməsini sevinclə qarşılayırlar. Amma buna baxmayaraq hər kəsi qapalı məkanlarda, avtobuslarda digər yerlərdə qoruyucu maskalardan, dizinfeksiya edici məhlulardan istifadə edib qorunmağa çağırlar. Bir daha virusun yayılmaması üçün bunu vacib hesab edirlər.
Mingəçevirdə yoluxma halları azalsada, şəhərdə dezinfeksiya işləri, maarifləndirmə tədbirləri davam etdirilir.
 

Keçidlər