Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın onlayın iclası keçirilmişdir.

27 avqust 2020 | 16:00

27 avqust 2020-ci il tarixində Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın onlayın iclası keçirilmişdir. İclasda  Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı cənab İlham İsmayılov Şuranın iclasını açıq elan edərək gündəlikdə 4 məsələ durduğunu bildirdi və bu məsələlər ətrafında çıxışçılara söz verdi.  Gündəlikdə duran 1-ci məsələ “Şəhərin işıqlandirma sisteminin vəziyyəti haqqında İşıqlanma idarəsinin hesabatı”, 2-ci məsələ  “2020-2021-ci  illərin payız-qış mövsümünə hazırlıqla bağlı şəhərin  idarə, müəssisə və təşkilatlarında icrası nəzərdə tutulan tədbirlər haqqında”, 3-cü məsələ “Şəhərdə fəaliyyət göstərən məktəbəqədər tərbiyə  müəssisələrinin fəaliyyəti və onların texniki təminatının yaxşılaşdırılması üçün həyata  keçirilən  tədbirlər  haqqında”, 4-cü məsələ “Mingəçevir şəhərində poçt və rabitə xidmətinin təhlili,  müasir xidmət növlərinin tətbiqi  istiqamətində görülən tədbirlər  haqqında” olmuşdur.  Məsələ ətrafında çıxışçılar çıxış etdikdən sonra sonda şəhər İcra Hakimiyyətinin başçısı cənab İlham İsmayılov iclasa yekun vuraraq müvafiq şöbələrə öz tövsiyyə və tapşırıqlarını verdi.

 

Keçidlər