Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı:”İlin əvvəlindən planlaşdırılıb ki, Mingəçevirin bütün ərazilərində abadlıq işləri görülsün”.

20 avqust 2020 | 16:00

     Mingəçevirdə şəhərin sağ sahil ərazisində də abadlıq işlərinə başlanılıb.Belə ki,Təbriz küçəsində yerləşən parkda yenidənqurma işlərinə başlanılıb. Bu gün Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın məsul şəxsləri, müəssisə və təşkilatların rəhbərləri və jurnalistlərlə Təbriz  küçəsində yerləşən 1 hektara yaxın parkda  gedən yenidənqurma işləri ilə tanış olublar. Eyni zamanda parkın yeni layihəsi təqdim olunub.Yeni layihəyə uyğun olarak park başdan –başa yeni müasir formada abadlaşaraq sakinlərin ixtiyarına veriləcək. Burada uşaqlar üçün əyləncə mərkəzi, bulaq, işıqlanma sistemi və fontan tam müasir formada yenidən qurulacaq.Ərazidə olan Təbriz küçəsinin sakinləri də abadlıqla bağlı öz fikirlərini icra başçısına çatdırdılar. İcra başçısı bildirib ki, iş prinsipimizə uyğun əlavə olaraq harda görüləsi iş çıxarsa onu da iş planına əlavə edirik:”Çalışacayıq insanları narahat edən bütün problemlər öz həllini tapsın. Sadəcə olaraq bu işlər vəsait olduqca həyata keçiriləcək. Mən hər kəsin qarşısında söz verirəm ki, mingəçevirliləri narahat edən məsələlərin həlli ilə məşğul olacam və çalışacambuna  nail olum. Diqqətə onu da çatdırmaq istəyirəm ki,  artıq şəhərimizdə yeni iş yerlərinin açılması ilə bağlı mənə sahibkarlar da müraciərt edib.Yaxın zamanlarda 1000 nəfərin işləyə biləcəyi yeni iş yeri açılacaq”.

 

Keçidlər