Şriftin ölçüsü :

Saytın rəngi :

mingəçevir şəhərində təbliğat, maarifləndirmə, dezinfeksiya tədbirləri davam etdirilir.

19 avqust 2020 | 16:00

         Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara qeyri-şərtsiz əməl edilməsi üçün Mingəçevir şəhər  İcra Hakimiyyətində yaradılan mobil qruplar tərəfindən şəhərin bütün küçə və prospektlərində, əhalinin sıx toplaşdığı ərazilərdə, məhəllələrdə fərdi izahetmə-xəbərdarlıq işləri aparılaraq, sakinlərə şəxsi gigiyena qaydalarına əməl etmək, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək və mütləq şəkildə tibbi maskadan istifadə etmək tövsiyə edilir. Bütün təbliğat, maarifləndirmə, dezinfeksiya tədbirləri gün ərzində davam etdirilir.

 

Keçidlər