Mingəçevir gənclərinin ümumşəhər toplantısı keçirilib
Azərbaycan gənclərinin VII forumuna hazırlıqla bağlı gənclərin ümumşəhər toplantısı keçirilib. Şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli VI gənclər forumunun yekunları barədə hesabat verdi. O, qeyd etdi ki, hazırda şəhərdə 14 gənclər təşkilatı, 4 uşaq gənclər idman məktəbi, 15 dərnək, 1750 gənc sahibkar fəaliyyət göstərir. Şəhərdə 14-29 yaşlı gənclər 32.200 nəfərə çatıb. Onların əksəriyyəti “Azərbaycan tarixini öyrənirik”, “Tariximiz, bu günümüz” adlı elmi diskussiyalara, “Xəmsə”, “Kim, nə, harada?” bilik yarışlarına cəlb olunub.
Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı Niyazi Bayramov dövlətin gənclərə göstərdiyi qayğıdan danışıdı.
Forumun yekunu olaraq 18 gənc Mingəçevir şəhərindən ölkə gənclərinin qurultayına seçilib və ölkə başçısına müraciət ünvanlandı.
Tədbirin rəsmi hissəsindən sonra bədii kompozisiya təqdim edildi.