Mingəçevirdə tikinti və abadlıq işləri davam etdirilir.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində Mingəçevirdə bir sıra sosialyönümlü infrastruktur layihələri yerinə yetirilmiş, o cümlədən bu işlərin davamı bu gündə həyata keçirilir. Xüsusi karantin rejimi tələbləri yumşaldıqdan sonra bölgələrdə aparılan abadlıq işləri və sosial layihələrin icrası davam etdirlir. Hal-hazırda Mingəçevir şəhərində də bu işlər davam etdirilir. Şəhərdə Dövlət Rəmzləri muzeyi tikilib, yenidən tikilən müasir məktəb binasının son tamamlanma işləri görülür. Yeni göz oxşayan parklar salınıb sakinlərin ixtiyarına verilib.
Qeyd edək şəhərdə digər tikinti və abadlıq işləri də görülür.
Belə ki, şəhərin Səməd Vurğun 19 və 20 ünvanlarında yerləşən 9 mərtəbəli binalarda fasadın ornanment təmiri, yan və arxa fasadın, pəncərə yamaclarının, giriş bloklarının təmiri, binaların girişinə metal qapıların quraşdırılması, pilləkən məhəccərlərin təmiri, divar və tavan səthlərin təmiri işləri həyata keçirilir. Həmçinin həmin 9 mərtəbəli binaların dam örtüklərinin metal kirəmitlə örtülməsi işləri aparılacaq. Qeyd edək ki, 9 mərtəbəli binaların lifti də dəyişdirilərək yenisi ilə əvəz edilib. Bundan əlavə şəhər əhalisinin istirahətinin təşkili üçün kifayət qədər park və xiyabanlar fəaliyyət göstərir. Şəhərin “Qurucular”adlanan parkında yenidənqurma işləri görülür. 1100 kvadratmetrə yaxın sahəsi olan parkda tametlər yenilənir, yeni gül-çiçək kolları,dekorativ ağaclar əkiləcək, yaşıllıqlar salınacaq, söhbətgahlar yenilənəcək, oturacaqlar qoyulacaq. Şəhərin H.Aslanov küçəsi başdan başa yenilənib, asfalt örtüyü çəkilib, səkilərə tametlər döşənib. Görülən bu işlər şəhərin Sağ sahil, Azərbaycan İES yaşayış massivləri ərazisindəki, parklarda da davam etdiriləcək. Eyni zamanda Azərbaycan İES, Tərəvəzçilik yaşayış massivlərində, sol sahildə yeni park və istirahət güşələrinin salınması nəzərdə tutulub.
Şəhərin Heydər Əliyev prospekti boyunca bütün xiyabanlar, Nizami küçəsi boyunca uzanan ərazidəki park abadlaşdırılaraq yenidən qurulacaq. Bu ərazilərdəki mövcud şərait insanların tələbatını tam ödəmədiyindən abadlaşdırılma zərurəti yaranmışdır. İcra başçısının dediyi kimi məqsəd insanlara istirahət üçün münasib şərait yaratmaqdır.