Şriftin ölçüsü :

Saytın rəngi :

2020-ci ilin 6 ayında Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının yekunları və ilin ikinci yarısında qarşıda duran vəzifələrə həsr olunmuş videkonfrans formatında onlayn şura iclası keçirilmişdir.

30 iyul 2020 | 16:00

2020-ci ilin 6 ayında Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının  yekunları və ilin ikinci yarımilliyinin yekunlarına həsr olunmuş şura iclası keçirilimişdir.
 İclası giriş sözü ilə açan şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov iyul ayının 15-də ölkə Prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin yarımilliyinin yekunları və qarşıya qoyulan vəzifələrə həsr edilmiş müşavirənin keçirildiyi, bu müşavirədə müzakirə edilən məsələlər və qarşıda duran vəzifələr haqqında məlumat verdi və gündəlikdə duran məsələləri iştirakçıların nəzərinə çatdırdı. Daha sonra İcra Hakimiyyətin başçısının müavini, şəhər təsərrüfatı üzrə şöbə müdiri Məhluqə Cavadova gündəlikdə duran məsələlərlə bağlı məruzə ilə çıxış etdi.

   M.Cavadova bu ilin 6 ayının Mingəçevir şəhəri üçün uğurlu olmasından və ölkə Prezidenti Cənab İlham Əliyevin iyunun 25-də Mingəçevir şəhərinə səfər edərək bir sıra obyektlərin açılışında iştirak etdiyini bildirdi. Şəhərin sosial-iqtisadi inkişafı sahəsində aparılan işlərin davam etdirilməsini vacibliyini qeyd etdi.

   Sonra məruzə ətrafında Mingəçevir Şəhər Su Kanal idarəsinin rəisi Maarif Məmmədov, Mənzil Təsərrüfatı Abadlaşdırma idarəsinin rəisi Qürbət Məmmədov, Mingəçevir Telekommunikasiya qovşağının rəisi Mahir Mürsəlov rəhbərlik etdikləri müəssilərdə görülən işlər barədə geniş məlumat verdilər. Müəssisələrin fəaliyyətində mövcud olan nöqsan və çatışmamazlıqların qısa müddətdə aradan qaldırılması istiqamətində öz fikirlərini bildirdilər. Daha sonra çıxış edən “Azərbaycan İES” MMC-nin direktoru Təhmasib Hüseynov 6 ay ərzində stansiyada görülmüş işlər barədə geniş məlumat verdi. Reabilitasiya proqramı çərçivəsində  8 blokdan hər birində yenidənqurma işləri aparılmasından və aparılan yenidənqurmadan sonra stansiyanın itirilmiş gücü bərpa edilməsi barədə məlumat verdi.

  Müzakirə olunan məsələnin yekunu olaraq iştirakçılar qərar layihəsi ilə tanış edildi.

   Şura iclasına yekun vuran şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov birdaha qeyd etdi ki, qərar layihəsində göstərilən iradlara ciddi yanaşılmalı, həmin nöqsanların, çatışmamazlıqların aradan qaldırılması üçün müvafiq təşkilatların rəhbərləri öz fəaliyyətlərini səfərbər edərək gücləndirməlidirlər. Hər bir təşkilatda şəffaflığın təmin edilməsinin və görülən işlər haqqında mütəmadi olaraq kütləvi informasiya vasitələrinə məlumat verilməsinin zəruriliyini qeyd etdi. 2020-ci ilin I yarım illiyinin yekunlarına həsr olunmuş müşavirədə ölkə prezidentinin giriş və yekun nitqində qarşıya qoyulan vəzifələrin bir mənalı və yüksək məsuliyyətlə yerinə yetirilməsinin vacibliyini bir daha müşavirə iştirakçılarının nəzərinə çatdırdı.

 

Keçidlər