Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət müşaviri Kamal Abdulla Mingəçevirdə ziyalılarla görüşüb

24 may 2014 | 15:00

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla Mingəçevirdəki Heydər Əliyev Mərkəzində şəhər ziyalıları ilə görüş keçirmişdir. Görüşdə Azərbaycanda etnik-dini durum barədə ətraflı fikir mübadiləsi aparılmış, ölkədə sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun, çoxəsrlik ənənələrə malik tolerantlıq mühitinin, ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətlərinin hökm sürdüyü vurğulanmışdır. Dövlət müşaviri Kamal Abdulla ölkə rəhbərliyinin dövlət-din münasibətlərinə xüsusi həssaslıqla yanaşdığını qeyd edərək, zəngin multikulturalizm ənənələrinin qorunub saxlanması, təbliği və təşviqi istiqamətində həyata keçirilən dövlət siyasəti və nəzərdə tutulmuş çoxşaxəli işlər, müxtəlif layihə və proqramlar barədə danışmışdır. O, Prezident İlham Əliyevin yeni xidmətlə bağlı qarşıya qoyduğu məqsəd və vəzifələri diqqətə çatdırmış, bundan irəli gələn vahid konsepsiya və fəaliyyət planı əsasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birlikdə həyata keçiriləcək işlərdən bəhs etmiş və dövlət-din münasibətləri, tolerantlıq sahəsində ölkəmizdə həyata keçirilən fəaliyyət və layihələrlə bağlı fikirlərini bildirmişdir. Daha sonra dövlət müşaviri Mingəçevirdəki Heydər məscidində şəhər dindarları ilə görüşmüşdür. Çıxış edənlər Prezident İlham Əliyevin Sərəncamına əsasən yaradılmış yeni xidmətin Azərbaycan dövlətinin başçısının dövlət-din münasibətlərinə, milli-mənəvi dəyərlərimizin inkişafına qayğısının bariz nümunəsi olduğunu bildirmişlər. Qeyd edilmişdir ki, ölkəmizdə dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaş üçün demokratik-hüquqi və mədəni-mənəvi şərait yaradılmışdır.

Keçidlər