Şriftin ölçüsü :

Saytın rəngi :

Abadlıq-quruculuq işləri davam edir

21 iyul 2020 | 16:00

Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun təşəbüsü və bilavasitə rəhbərliyi ilə “Qurucular” parkında və Həzi Aslanov küçəsində abadlıq-quruculuq işləri sürətlə davam etdirilir. Görülən işlərlə yerindəcə tanış olmaq məqsədilə şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov iyulun 21-də ilk olaraq “Qurucular” parkında oldu. Burada iş icraçıları və jurnalistlərlə görüşdükdən sonra görülən işlərə baxış keçirdi. Pandemiya xəstəliyi ilə əlaqədar karantin qaydalarına əməl edən İcra başçısı parkda ağacların sulanması üçün çəkilmiş su xətlərinin işlək vəziyyəti ilə tanışlıq etdi. Tamet plitələrinin səliqə ilə düzlənməsini müşahidə etdi. Parkda qoyulmuş söhbətgahların qaydaya salınmasına diqqət yetirdi. İşlə yaxından tanış olduqdan sonra jurnalistlərə və işə cavabdeh olan məsul şəxslərə açıqlamalar verdi. Qeyd etdi ki, bu qəbildən olan işlər şəhərin digər park və xiyabanlarında da ardıcıl aparılacaq. Məqsəd insanların istirahətini və məmnunluq hissini yaxşılaşdırmaqdan ibarətdir. Qoy şəhərimizə gələn hər bir qonaq da parklarımıza daxil olduqda xoş əhval-ruhiyyə ilə burada istirahət etsin. İcra başçısı işin daha mükəmməl görülməsi məqsədilə cavabdeh şəxslərə bir sıra tövsiyyə və tapşırıqlarını bildirdi.


   “Qurucular” parkında görülən işlərlə tanışlıqdan sonra İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Həzi Aslanov küçəsində həyata keçirilən yenidənqurma işlərinə nəzarət məqsədilə burada oldu. Küçə və səkiləri başdan-başa asfaltlanmış, bordür və tamet plitələri ilə səliqəyə salınmış, yeni işıqlanma sistemi quraşdırılmışdı. Binaların yol hissəsinə baxan tərəfindəki ağaclar budanmış, dibləri bellənərək qaydaya salınmış və su ilə təmin olunmuşdu. Buraya yumşaq torpaq da əlavə edilmiş, dekorativ ağaclar və gül-çiçəklər əkilmişdi. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov vəziyyətlə tanışlıq zamanı bəzi yerlərdə işlərin tam həyata keçirilməməsini və cavabdeh şəxslərin işə nəzarətinin bir qədər zəif olduğunu diqqətə çatdırdı. Xüsusilə tametlərin döşənməsi və insanların gediş-gəlişi üçün pilləkənlərin normal qaydada qoyulmamasını irad tutdu. Eyni zamanda əlavə işlərin görülməsi üçün isə cavabdeh şəxslərə tövsiyyə və tapşırıqlarını bildirdi. Küçə boyunca “N” saylı hərbi hissəsinin divarlarının səliqə ilə ağardılmasını da nəzərdən qaçırmadı. Küçə boyunca yeni qurulmuş işıqlandırmanın vəziyyətinin normal olduğunu diqqətə çatdırdı. Eyni zamanda küçədəki binalarda yerləşən obyekt sahiblərinin nəzərinə çatdırdı ki, öz obyektləri ətrafında səliqə-sahman yaratmaqla insanların gediş-gəlişini yaxşılaşdırmaq üçün lazımi iş görsünlər. İcra başçısı şəhərin digər məhəllə və küçələrində də bu qəbildən olan işlərin tezliklə yerinə yetiriləcəyini nəzərə çatdırdı.

 

 

Keçidlər