Şriftin ölçüsü :

Saytın rəngi :

Təbliğat-izahat işləri davam etdirilir.

07 iyul 2020 | 16:00

Şəhər İcra Hakimiyyəti yanında İşçi qrupun tədbirlər planına uyğun olaraq xüsusi karantin rejimində yaradılmış 35 mobil qrup tərəfindən əhali arasında maarifləndirmə işləri davam etdirilir. Mobil qruplar gündəlik olaraq əhali arasında Koronavirus pandemiyası ilə bağlı təbliğat-izahat xarakterli söhbətlər aparır, tibbi maskadan istifadə, ara məsafəsini saxlamaq, gündəlik şəxsi gigiyena qaydalarına əməl etməyin vacibliyi vurğulanır. Mingəçevir şəhərində son günlər sərt karantin rejiminin tətbiqi ilə bağlı hər bir şəhər sakininə Operativ Qərargah tərəfindən təsdiq olunan qaydalara çox ciddi əməl etmələri və zərurət olmadan evdən çölə çıxmamaq tövsiyyə edilmişdir. Qruplar tərəfindən vətəndaşlara, ictimai iaşə obyektlərinə koronavirusa qarşı maarifləndirici bukletlər, çap materialları paylanmışdır.

Keçidlər