“Bir damın altında Ümidlə sabaha” 120 ailəni sevindirdi.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun təşəbbüsü və Qızıl Aypara Cəmiyyətinin xətti ilə Mingəçevirdə ailə vəziyyəti ağır olan, nənə-baba himayəsində yaşayan uşaqlara və xəstələrə gigiyenik bağlama paylanılıb. Azərbaycan Qızıl Aypara Cəmiyyəti və şəhər İcra Hakimiyyəti öz ənənəsinə sadiq qalaraq, həmişə olduğu kimi, bu gün də ölkədə pandemiya ilə əlaqədar olaraq ailə vəziyyəti ağır durumda olan, nənə-baba himayəsində yaşayan uşaqları və xəstələri, digər kateqoriyadan olan 120 imkansız ailələri sevindirib. Eləcə də şəhərdə “Koronavirus xəstəliyi (COVİD -19) hələdə təhlükədir, xüsusilə də ictimai yerlərdə“ şüarı altında marketlərdə, küçədə insanlara, valideynlər üçün məsləhətlər, COVİD-19-a yoluxmadan qorunun adlı bukletlər paylanıb. İnsanlarla maarifləndirici söhbətlər edilib. Yardım alan ailələr QAC–a və şəhər İcra Hakimiyyətinin başçısına bu xeyirxah addımına görə təşəkkürlərini bildiriblər.