Mingəçevir şəhərində dezinfeksiya işləri mütəmadi olaraq aparılır.
19-20 iyun 2020-ci il tarixlərində Dezinfeksiya Stansiyasının mütəxəssisləri tərəfindən sərnişindaşıyan 78 ədəd avtobus və mikroavtobusların salonları, hündürmərtəbəli binalarda 26 ədəd lift kabinaları və onun düymələri gündə 2 dəfə olmaqla dezinfeksiya olunub. 40 küçə, 4 park və 1 xiyaban, 1 körpü, 8 məhəllədaxili yol, 1 yeraltı piyada keçid, 10 avtobus dayanacağı dezinfeksiya edilmişdir.
Daimi fəaliyyət göstərən 11 işçi qrupu tərəfindən əhali arasında dəfn mərasimləri istisna olmaqla yas mərasimlərinin qadağan olunması, ictimai yerlərdə sosial məsafəni gözləmək, fərdi vasitələrdən (tibbi maska) istifadənin vacibliyi barədə maarifləndirici işlər aparılır.
Gigiyena və Epitomologiya Mərkəzi, Polis şöbəsi və İcra Hakimiyyətinin nümayəndələri ilə birgə yaradılmış işçi qrupu tərəfindən qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə, müxtəlif ticarət və xidmət sahələrində tətbiq olunan tələblərə riayət edilməsinin monitorinqi aparılmış və qanuna müvafiq olaraq pozulma hallarına qarşı sahibkar subyektlərinə 5 protokol tərtib edilmişdir.