Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətində 15 iyun - Milli Qurtuluş günü münasibətilə videokonfrans keçirilib.

12 iyun 2020 | 16:00

Mingəçevir şəhər İcra Hakimiyyəti YAP şəhər təşkilatı ilə birgə 15 iyun - Milli Qurtuluş günü münasibətilə “Ümummilli lider Heydər Əliyev milli qurtuluşumuzun sərkərdəsi” mövzusunda videokonfrans keçirib.
   Öncə şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və YAP şəhər təşkilatının sədri Cavanşir Yusifov ulu öndərin abidəsini ziyarət ediblər.

 Daha sonra video konfransı açıq elan edən icra başçısı video konfrans iştirakçılarını salamlayıb. Bildirib ki, 15 iyun–Milli Qurtuluş Günü Azərbaycan xalqının dövlətçilik tarixində mühüm əhəmiyyətə malikdir: ”1993-cü ilin iyun ayının əvvəlindən başlayaraq ölkəmizdə baş verənləri təhlil etməklə hər birimiz bu qənaətə gəlirik ki, 1993-cü ilin 15 iyun tarixi Azərbaycan xalqı və dövlətçiliyi üçün həqiqətən də qurtuluş tarixidir”. Əlamətdar gün münasibəti ilə videokonfrans iştirakçılarını və bütün mingəçevirliləri təbrik edən şəhər rəhbəri hamıya uzun ömür can sağlığı arzuladı. Daha sonra qeyd olundu ki, çətin günlərdə, həlledici məqamlarda öz xalqını üzləşdiyi çətinliklərdən xilas etmək yalnız böyük və qüdrətli şəxsiyyətlərin çiyninə düşür. Xalqın taleyində belə şəxsiyyətlərə ehtiyac olan anda həmin şəxsiyyətlərin həyata keçirdiyi missiya onu xalqın lideri, onun xilaskarı edir. Belə bir xilaskarlıq missiyasını öz üzərinə götürən, həyatını təhlükələrə qoyan Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə 1993-cü ilin iyunun 9 –da Naxçıvandan Bakıya qayıtdı, iyunun 15-də Ali Sovetin sədri seçildi, bununla da daxili və xarici düşmənlərin bütün planlarını iflasa uğratdı.

   Hər bir azərbaycanlı ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısında əvəzsiz, nəhəng xidmətlərini, bu tarixi şəxsiyyətin rəhbərliyi ilə əsası qoyulan işlərin bu gün onun layiqli davamçısı, cənab Prezident İlham Əliyev tərəfindən dəqiqliklə davam etdirilməsini və bu siyasətin nəticəsində çox böyük uğurların əldə olunmasının şahidiyik. Tam əminik ki, bu uğurlar davamlı olacaq, biz müstəqil dövlətimizin yeni-yeni zəfərlərini və qələbələrini görəcəyik.

  

  Daha sonra YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusifov ”Ümummilli lider Heydər Əliyev Milli Qurtuluşumuzun müəllifidir”, MDU-Humanitar fənlər kafedrasının müdiri, Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Esmira Cəfərova “Dahi  şəxsiyyət Heydər Əliyevin 1993-cü ilin 15 iyununda siyasi hakimiyyətə qaydışı tarixi zərurət idi”, Mingəçevir şəhər Təhsil şöbəsinin müdiri, Pedoqoji elmlər üzrə fəlsəfə doktoru, dosent Sahib Məmmədov ”Ulu öndər Heydər Əliyevin milli inkişaf strategiyası”, ”Azərbaycan İES”MMC-nin direktoru, YAP Mingəçevir şəhər təşkilatının sədr müavini, Texniki elmlər üzrə fəlsəfə doktoru Təhmasib Hüseynov ”Azərbaycanın müasir uğurları Ümummilli lider Heydər Əliyevin siyasi xəttinin dəqiqliklə icrasının nəticəsidir” mövzularında məruzələrlə çıxış etdilər.

Keçidlər