Şriftin ölçüsü :

Saytın rəngi :

Abadlıq-quruculuq işləri davam edir. Təmir işlərinə diqqət artırılıb.

05 iyun 2020 | 16:00

Pandemiya xəstəliyi ilə əlaqədar ölkəmizdə mövcud çətinliklərə baxmayaraq, iqtisadi inkişaf, insanların həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində əməli işlər durmadan artır. Ölkə rəhbəri, möhtərəm Prezidentimiz İlham Əliyevin yorulmadan həyata keçirdiyi tədbirlər nəticəsində regionlarda abadlıq-quruculuq işləri uğurla davam edir. Bu baxımdan Mingəçevir şəhərində aparılan yenidənqurma işləri fərəh doğurur. Şəhərin bütün yaşayış massivlərində olduğu kimi Azərbaycan İES yaşayış massivində də abadlıq-quruculuq işləri müvəffəqiyyətlə davam etdirilir. Şəhər İcra Hakimiyyətinin başçısı İ.İsmayılovun bilavasitə şəxsi nəzarəti ilə həyata keçirilən işlər sakinlər tərəfindən böyük razılıqla qarşılanır. Bugünədək yaşayış massivində A.Şaiq küçəsinin 3 nömrəli yaşayış binasında bloklar əsaslı təmirdən çıxarılıb, bloklara seyf qapıları qoyulub, sındırılmış şüşələr yeniləri ilə əvəz olunub. Binanın fasad hissəsi rənglənib, bu qəbildən olan işlər A.Şaiq küçəsindəki 5 və 9 nömrəli binalarda da davam etdirilir. Burda bloklar tam təmirdən çıxarılıb hazırda fasad hissələri qaydaya salınır.

   Bütün bu işləri həyata keçirən Mənzil Kommunal Təsərrüfatı Kombinatından verilən məlumata görə hazırda burda son tamamlanma işləri görülür. İdarənin direktoru V.Şərifov bildirir ki, Naxçıvan küçəsindəki 38 nömrəli binada təmir işləri əsasən başa çatmışdır. Kollektiv eyni zamanda İncilli yaşayış massivində də abadlıq – quruculuq işlərini davam etdirir. Burada insanlar üçün yeni istirahət zonası yaradılır, yaşıllıqların qorunması, ağacların vaxtlı-vaxtında suvarılması məqsədilə tədbirlər görülür.

Keçidlər