Şriftin ölçüsü :

Saytın rəngi :

Birinci qrup əlilə əlil arabası verilib.

31 may 2020 | 16:00

Mingəçevir şəhər sakini (S.Vurğun küç.ev 6, mənzil 6), birinci qrup əlil Nizami Mustafayev əlil arabasına ehtiyacı olduğu ilə əlaqədar Mingəçevir Şəhər İcra Hakimiyyətinə müraciət etmişdi. Əlilin müraciəti müsbət qarşılanıb. Belə ki, bu gün Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun təşəbbüsü ilə Qızıl Aypara Cəmiyyətinin xətti ilə  Nizami Mustafayevə əlil arabası verilib. Bütün əzab-əziyyətləri sanki bir anda yox olan ailə bu humanist addıma görə  başçıya, eləcə də Qızıl Aypara Cəmiyyətinin əməkdaşlarına öz təşəkkürlərini bildirib.

   Nizami Mustafayevin ailəsi imkansızdır. Ailəyə Ramazan bayramı günlərində İcra Hakimiyyəti tərəfindən  bayram sovqatı da təqdim olunmuşdur.

Keçidlər