Şriftin ölçüsü :

Saytın rəngi :

Qarşılıqlı dəstəklə birgə mübarizə

13 may 2020 | 16:00


         Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına tam hüquqlu üzv qəbul olunub.  2016-cı ildə Venesuelada kçirilən zirvə görüşündə 2019-2020-ci illər üzrə  sədrlik Azərbaycana həvalə edilib. Bu barədə qəbul olunan yekdil qərara  Azərbaycana olan etimadın bariz nümunəsidir.  Qeyd edək ki, BMT Baş Assambleyasından sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatında 120 dövlət təmsil olunur. 2020-ci il, may ayının 4-də Azərbaycan Respublikasının prezidenti və Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə dünyada tüğyan edən koronavirus Pndemiyasiəna qarşı mübarizə üzrə Təmas Qrupunun videokonfrans vasitəsi ilə Zirvə görüşü keçirilib.
         İlk vaxtlar, 2019-cu ilin dekabrında Çində meydana gələn, sonradan isə bir çox dövlətlərdə yayılan koronovorus pandemiyasına qısa müddət ərzində   minlərlə insanın yoluxacağı kimsənin ağlına gəlməzdi. Cari ilin qış qylarında dünyanın böyük dövlətlərində yüzlərlə vətəndaşın pandemiyaya yoluxması və vəfat etməsi çaşqınlıq içırisində qalsalar da, beynəlxalq həmrəylik nümayiş etdirə bilmədilər. Dövlətlər arasında sərhədlərin bağlanması, karantin tədbirlərinin həyata keçirilməsi ilə yanaşı bu pandemiyanın yayılmasının qarşısını alsa da,  böhrandan əziyyət çəkən ölkələrin birgə mübarizə aparması zəruri idi və bu təşəbbüs Azərbaycanın prezidenti İlham Əliyev tərəfindən iləli sürüldü.  Dövlətimizin başçısı 120 üzv dövləti, 17 müşahidəçi ölkəni eyni zamanda 10 müşahidəçi beynəlxalq təşkilatı birləşdirən Zirvə görüşündə koronavirus pandemiyası kimi dəhşətli bəladan çıxış yolunu göstərməklə yanaşı, bu istiqamətdə reallaşdırdığı effektiv nəticələrini də bölüşdü.  Bu Zirvə görüşü bnir daha təsdiq etdi ki, Azərbaycan təşkilata sədrliyi dövründə zamanın tələbinə uyğun addımlaratır. Yəni sədrliyi üzərinə götürərkə ölkəmizin prezidenti İlham Əliyevin bəyan etdiyi “Azərbaycan beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacaq, həmrəyliyin  gücləndirilməsini və qarşılıqlı dəstəyi rəhbər tutacaq” fikirləri öz təsdiqini tapır. 
        Koronavirusla mübarizəyə həsr edilən Zirvə görüşü Qoşulmama Hərəkatının gündəliyinə tarixi hadisə kimi yazılıb. Görüşdə Əfqanıstan, Əlcəzair, İndoneziya, Kuba, İran, Pakistan, Cənubi Afrika Respublikası, Türkmənistan, Səudiyyə Ərəbistanı, Fələstin və başqa dövlətlərin prezidentləri, baş nazirləri , xarici işlər nazirləri, həmçinin BMT Baş Assambleyasının prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru çıxış etmişlər. Üzv dövlətlərin prezident İlham Əliyevin Təmas Qrupunun yaradılması ilə bağlı təşəbbüsünü təqdir etməsi sübut edir ki, Azərbaycan dünya dövlətləri arasında böyük nüfuz sahibidir. Əslində bu ölkəmizə, dövlətimizin başçısına olan inam və etimadın bariz nümunəsidir.
        Zirvə görüşündə çıxışında İlham Əliyev koronavirus xəstəliyinin qarşısının alınması məqsədi ilə Azərbaycanda  vaxtında həyata keçirilən tədbirlər barədə də məlumat verərək insanların sağlamlığı və onların sosial müdafiəsinin prioritet məsələ olduğunu da diqqətə çatdırmışdır. Yeri gəlmişkən, Azərbaycanda  vaxtında izolyasiya tədbirlərinin görülməsi, karantin rejiminin tətbiq edilməsi, sərhədlərdə ciddi rejimin yaradılması və yolların bağlanması ölkəmizdə bu xəstəliyə yoluxma hallarının qarşısını alıb. Mart ayının əvvəllərindən təhsil  və tərbiyə ocaqlarının bağlanması, burada dezinfeksiya işlərinin həyata keçirilməsi, davamlı olaraq paytaxt Bakıda və regionlarda mütəmadi dezinfeksiyanın aparılması insanlarda təşviş yaratmaqdan çox dövlətimizin başçısına olan ehtiramı  artırıb. Ölkə prezidentinin  imzaladığı sərəncamlara və tapşırıqlarına uyğun olaraq   əhalinin sosial  rifah halının yaxşılaşdırılması, sağlamlığınin təminatı məqsədi ilə ardıcıl tədbirlər həyata keçirilir.
        Pandemiyaya qarşı mübarizədə ən çox yardıma ehtiyacı olan Qoşulmama Hərəkatının üzv dövlətlərini dəstəkləmək üçün Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına əlavı olaraq 5 milyon dollar ianə ayırıb. Bu vəsait Azərbaycanla razılaşdırılmaqla yardıma ehtiyacı olan Afrika, Asiya və Latın Amerikası regional qrup ölkələri üçün nəzərdə tutulub.   Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus  pandemiyaya qarşı mübarizə tədbirlərinin Azərbaycanda ən yüksək səviyyədə keçirildiyini bildirir.
      Zirvə görüşündə 18 bənddən ibarəıt Bəyannamə qəbul edilib. Sənəddə hərəkat üzv dövlətlərinin müxtəlif sahələr üzrə bir-birinə dəstəyi öz əksini tapır. Qoşulmama hərəkatının yaradılacaq işçi qrupu üzv ölkələrin pandemiya ilə bağlı humanitar və tibbi eghtiyaclarını vaghid məlumat bazasına daxil edəcək və bu məlumatlar mümkün yardımların göstərilməsi üçün donior ölkələrə və beynəlxalq humanitar təşkilatlara təqdim olunacaq. 
    Qeyd edək ki, koronovirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması, xəstəliyə yoluxanların müalicəsi yüksək  səviyyədə təşkil edilib və  bütün bunlar ölkə  prezidentinin nəzarətindədir. Zəruri qabaqlayıcı, profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi vətəndaşlar tərəfindən təqdir edilir. İlham Əliyevin  mvafiq sərəncamı ilə 10 modul tipli xəstəxananın tikilməsinə başlanıb. Bu günlərdə onlardan biri istifadəyə verilib. Açılış mərasimindı iştirak edən dövlətimizin başçısı vətəndaşların sağlamlığı naminə lazəm olan bütün tədbirlərin həyata keçiriləcəyini bəyan etməklə bütün vətəndaşları diqqətli olmağa çağırıb. Digər modul tipli xəstəxanalar Gəncə, Sumqayıt, Abşeron, Şəki, ismayəllı, Qəbələ, Qobustan və Şamaxıda quraşdırılır. 
       Azərbaycanın dördüncü şəhəri olan Mingəçevirdə də pandemiya ilə mübarizə məqsədi ilə bir sıra profilaktik tədbirlər həyata keçirilir. Belə ki, təhsil və tərbiyə ocaqlarında, yaşayış binalarında, inzibati binalarda, bütün idarə və müəssisələrdə, küçələrdə, parklarda, istirahət məkanlarında, idman qurğularında , marketlərdə dezinfeksiya işləri davamlı olaraq aparılıb və aparılır. Məlum karantin dövründə yaşı 65-dən yuxarı olan şəxslər istisna olmaqla digər vətəndaşlar yalnız zəruri olduqda tətbiq edilən icazə vasitəsi ilə evdən çölə çıxıb. Ölkə prezidentinin tapşırığına əsasən sosial qayğıya ehtiyacı olan yüzlərlə tənha şəxsə yardım göstərilib, işsiz vətəndaşlara birdəfəlik yardım verilib. Həmçinin  bir qrup vətəndaş sosial işlə təmin olunub.  Bütün bunların nəticəsidir ki, Azərbaycan prezidenti İlham Əliyevin  vətəndaşların  rifah halının yaxşılaşdırılması məqsədi ilıə  həyata keçirdiyi tədbirlər xalq tərəfindən bəyənilir.

Mətanət Məmmədova
Tərəqqi medallı
 

Keçidlər