Şriftin ölçüsü :

Saytın rəngi :

Fürsətçilərə qanunun dili ilə cavab verilməlidir.

13 may 2020 | 16:00

       Müstəqil Azərbaycan ötən illər ərzində böyük inkişaf yolu keçib.  Müstəqilliyin ilk illərində böhran və xaosla üz üzə qalan ölkəmiz həyatın hər sahəsində inkişaf yolunda inamla irəliləyir. Ölkəmizin Prezidenti İlham Əliyevin rəhbərliryi ilə böyük infrastruktur layihələr həyata keçirilir.  2018-ci ildə başlanmış və dövlət idarəçiliyinin bütün istiqamətlərini əhatə edən hüquqi, institsional və kadr islahatları 2019-cu ilin sonlarına doğru daha geniş vüsət almış,  2020-ci ildə müvəffəqiyyətlə  davam etdirilir. Aparılan islahatların əsas xətlərindən birini korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi və vətəndaş məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması təşkil edir. Bu sahədə əldə edilmiş uğurlar, dövlət qulluqçularının şəffaf fəaliyyəti, vətəndaşlarla yaradılan səmimi münasibətlərlə yanaşı xoşagəlməyən hallar da müşahidə olunur. Bu cürb neqativ hallara yol verməməklə bağlı xəbərdarlıqlara baxmayaraq tutquğu vəzifədən sui istifadə edənlər təəssüf ki, hələ də var. Onlarla bağlı, yəni ifşa olunan bir sıra vəzifəli şəxslərin aqibətindən nəticə çıxarmayan, işlərində dönüş yaratmayan  şəxslər barədə qanunvericiliyə uyğun cinayət-hüquqi tədbirlərin görülməsini diqqət mərkəzinə gətirib çıxarmışdır.

      Ölkə Prezidentinin son illərdə apardığı kadr islahatları, gənc  mütəxəssislərin məsul vəzifələrə təyin edilməsi və onlarla keçirdiyi söhbətlərin birbaşa efirdə göstərilməsi, verdiyi  tapşırıqlar və xüsusən də güvənməsi onları daha böyük həvəslə işləməyə sövq edir.  Və bu cür təyinatlar cəmiyyət tərəfindən birmənalı şəkildə razılıqla qarşılanır.
      Kadr islahatları ilə yanaşı Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindəın Yevlax şəhərinin, Ağstafa, Biləsuvar, İmişli və Neftçala rayonlarının icra hakimiyyəti başçıları, icra nümayəndələrinin cinayət məsuliyyətinə cəlb edilməsi də həyata keçirilib. Ölkə vətəndaşları bu şəxslərin  tutduqları vəzifələrdən sui istifadə etməsini qətiyyətlə pisləyir. Dövlət başçısının göstərdiyi etimadı doğrultmayan, rüşvət, korrupsiya yolu tutan, xüsusilə rəhbərlik etdikləri bölgələrin  sakinlərinə  ögey münasibət bəsləmələri, vətəndaşların sosial rifah halının yaxşılaşdırılması  tədbirlərini öz xeyirlərinə yönəltmləri, nəhayət ki, bir gün üzə çıxmalı idi.
      Bu günlərdə ölkə Prezidenti Azərbaycanın yeni baş prokuroru ilə söhbətində də bu məsələyə toxunaraq ölkədə korrupsiyaya qarşı amansız mübarizə aparılmasını xüsusilə tapşırıb. Çirkin əməllərə yol verən, insanlardan rüşvət almaqla yalan vədlər verən, işini günün tələbləri səviyyəsində qurmaqdansa pul yığmaqla məşğul olan hər bir məmur vaxtında cəzalanmalıdır. Bu xalqın sözüdür. Inkişaf edən Azərbaycanda hər kəs öz işində bu inkişafa dəstək durmalı, öz töhfəsinin  verməlidir.   Vəzifəyə təyin olunmaq o demək deyil ki, sən artıq istədiyini edə bilərsən. Sərəncamında olan məmurlara, burada yaşayan vətəndaşlara hörmət etməli, işinə vicdanla yanaşmalısan. Başqa yol yoxdur.
       Təəssüf ki, işinə özünə sərf edən kimi yanaşan məmurlar işlərində dönüş yaratmırlıar. Mayən 8-də Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı  Azərbaycanın Mədəniyyət Nazirliyinin bəzi məmurlarının da işlərindəki nöqsanlar, yəni öz səlahiyyətlərindən qəsdən qulluq mənafelərinə zidd istifadə müəyyən edilib. Mədəniyyət sahəsində çalışan şəxslərin vəzifələrində mədəniyyətsiz davranışlarının nəticəsi təbii ki, həbs qəti imkan tədbiri olmalı idi.
      Mədəniyyətimiz tariximizdir.  Min illik tarixi olan Azərbaycanımızda tarixi abidələrin qorunub saxlanılması, milli-mənəvi dəyərlərimizin təbliği yolundakı fəaliyyyət  yeni mərhələyə qədəm qoyub. Mədəni irsimizin yaşı minilliklərdir. Teatr, kino , kitabxanaçılıq, muzey işi, nəşriyyat işi, xalçaçılıq sahəsində çalışanların neqativ hallara yol verməsi insanda ancaq qınaq hissi yaradır.  Bəli, düşmən tərəfindən işğal edilmiş torpaqlarımızda qalan tarixi abidələrimizin aqibətindən hər zaman yana-yana danışırıq. Daha burada, insanların asudə, firavan yaşadığı bir zamanda işində fürsətçilik edən şəxslərə qarşı  yalnız qanunun dili ilə cavab verilməlidir.  Mingəçevir ictimaiyyəti də bu cür neqativ halları pisləyir, ölkə Prezidentinin son illərdə  vətəndaşların sosial rifah halının yaxşılaşdırılması ilə bağlı imzaladığı sərəncamlara əsasən göstərilən dövlət qayğısını təqdir edir və inanır ki, bu cür addımlar davamlı olacaq.  Çünki, inkişaf yolunda qətiyyətlə addımlayan Azərbaycanın  qətiyyətli və cəsarətli Prezidenti İlham Əliyev xalqa inanır, güvənir və qayğı ilə yanaşır.

Mətanət Məmmədova
Tərəqqi medallı

Keçidlər