Şriftin ölçüsü :

Saytın rəngi :

Mayın 2-də Mingəçevir şəhər icra hakimiyyəti başçısı yanında yaradılmış operativ qərargahın işçi qrupunun videokonfransı keçirilıib.

02 may 2020 | 16:00

    Mayın 2-də Mingəçevir şəhər icra hakimiyyəti başçısı yanında yaradılmış operativ qərargahın işçi qrupunun videokonfransı keçirilıib. 21 təşkilatın qoşulduğu konfransın məqsədi Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 1-də qəbul etdiyi yumşaldılma qərarı ilə bağlı olub.
     Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov  COVİD-19 infeksiyasına qarşı mübarizə tədbirləri haqqında danışdı. O, şəhərdə sanitar-təmizlik və maarifləndirmə tədbirlərinin davamlı şəkildə aparılması, sanitar–epidemioloji vəziyyətin mütamadi təhlil edilməsi, insanların tibbi maska və dezinfeksiyaedici məhlullardan istifadə etməsinə ciddi nəzarətin davamlı olunmasını tapşırdı. Dezinfeksiya işlərinin bundan sonra da həftə ərzində 2 dəfə olmaqla bütün yaşayış  binalarında, küçə və məhəllələrdə davam etdiriləcəyini,  İdarə və müəssisələrə, xüsusən MİS-lərə  əhali ilə izahat işlərinin davam etdirilməsinin vacibliyini bildirdi.
     İ.İsmayılov konfransda mingəçevirlilərə çağırış da edib: “Ölkə miqyasında, o cümlədən şəhərimizdə tələblərə ciddi əməl olunması nəticəsində xüsusi karantin rejimində xeyli yumşaldılma baş verdi, amma bu, arxayınçılığa əsas vermir. Yəni 10 nəfərdən artıq şəxs bir yerə yığışmamalı, maskalardan maksimum istifadə olunmalıdır. 65 yaşından yuxarı insanların evdən çıxmasına qadağa götürülməyib. Bakı, Gəncə, Sumqayıt, Lənkəran və Abşeron rayonu istisna olmaqla, digər rayonlar arasında gediş-gəliş bərpa olunsa da, hələ ki, ictimai nəqliyyat işləmir. Hamını şəxsi gigiyena, eləcə də tibbi-proflaktik qaydalara əməl etməyə, yalnız zəruri hallarda evdən çıxmağa, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmağa, dövlət tərəfindən həyata keçirilən tədbirlərə yaxından dəstək göstərməyə, Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməyə səsləyirəm. İmkan daxilində az gəliş-gediş edək, zərurət olmayacağı təqdirdə küçəyə çıxmayaq. Unitmayaq ki, zərurət yaranarsa, xüsusi karantin rejiminin yenidən sərtləşdirilməsi mümkündür”.
     Operativ qərargahın  video konfransında  koronavirus (COVİD-19) pandemiyası ilə bağlı müzakirələr aparıldı, ərazi nümayəndələrinə tapşırıqlar verildi.

Keçidlər