Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdə qanvermə aksiyası təşkil edilib.

22 aprel 2020 | 16:00

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən insanlara kömək məqsədilə Heydər Əliyev Fondu tərəfindən başlanılmış qanvermə aksiyasına Mingəçevir şəhər İcra Hakimiyyəti də qoşulub. Qanvermə aksiyasında şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın bütün işçiləri, Bələdiyyə, YAP Mingəçevir şəhər təşkilatı, Heydər Əliyev Mərkəzinin əməkdaşları və Mingəçevir Dövlət Universitetinin kollektivi də iştirak ediblər. Mərkəzi  Qan Bankının Mingəçevir bölməsinin müdiri Vüsalə Səfərəliyeva  bildirib ki, aksiya zamanı toplanan qan bir sıra xroniki xəstəliklərdən əziyyət çəkən insanlar, o cümlədən talassemiyalı və hemofiliyalı xəstələr üçün nəzərdə tutulub.

Keçidlər