Mingəçevir şəhər İcra Hakimiyyəti tərəfindən yaşı 65-dən yuxarı olan 450 nəfər tənha qocalara ərzaq yardımı edilib.
Hər kəsə yaxşı məlumdur ki, bu gün Azərbaycan dövləti dünyada tüğyan edən koronavirus (COVID-19) infeksiyasının ölkədə geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması ilə bağlı məqsədyönlü və təxirəsalınmaz tədbirlər həyata keçirən ölkələr sırasında dayanır. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən görülən işlər, verilən qərar və tapşırıqlar bir daha onu göstərir ki, Azərbaycanda vətəndaşların sağlamlığı, təhlükəsizliyi daim diqqət mərkəzində saxlanılır.
Dövlət başçısının ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə verdiyi qərarlar, xüsusilə də "Biz birlikdə güclüyük” çağırışı isə bu gün hər birimiz üçün örnəkdir. Vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanan bu çağırış ölkə başçısının xalqımıza qayğısının daha bir bariz nümunəsidir.
Respublikamızın hər yerində olduğu kimi, Mingəçevir şəhərində də koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi qaydalarına ciddi əməl olunmaqla “Evdə qal!” kampaniyası çərçivəsində müxtəlif xeyriyyə tədbirləri həyata keçirilir.
Həyata keçirilən tədbirlər çərçivəsində Mingəçevir şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə bu gün 450 yaşı 65-dən yuxarı olan tənha qocalara müxtəlif ərzaq məhsullarından ibarət bağlama verilib . Ərzaq bağlaması alan şəxslər onları daim diqqətdə saxlayan və hər zaman yanlarında olan ölkə prezidentinə və İcra Hakimiyyəti rəhbərliyinə təşəkkürlərini bildiriblər. Qeyd etmək lazımdırki bu işlər davamlı olaraq aparılacaq və gələcəkdə imkansız, az təminatlı ailələr də bu yardımdan bəhrələnəcəklər.