Mingəçevirdə koronavirusla bağlı əhali arasında təbliğat işləri davam etdirilir.
Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin yerlərdə əhaliyə çatdırılması və səmərəliliyinin daha da artırılması məqsədi ilə Mingəçevir şəhərində geniş maarifləndirmə tədbirləri həyata keçirilir.
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı yanında yaradılan operativ qərargahın tərtib etdiyi qrafikə uyğun olaraq qərargahın sədri - şəhər rəhbəri İlham İsmayılov və üzvləri şəhərdə gəzərək əhali arasında maarifləndirmə tədbirləri görüblər. Əhaliyə spirt və qoruyucu maskalardan istifadə etmək, 65 yaşdan yuxarı olan vətəndaşlara küçəyə çıxmamağı, eyni zamanda 10–dan çox vətəndaşın bir arada olmasının yolverilməz olduğunu, Operativ Qərargahın tələb və tövsiyyələrini sakinlərin diqqətinə çatdırıblar.
Qeyd edək ki, ölkədə karantin rejiminin gücləndirməsi nəticəsində Mingəçevirdə də bulvar istirahət mərkəzi, parklar və digər əyləncə mərkəzləri xüsusi lentlə qapanmaqla vətəndaşların daxil olması qadağan edilib.