İcra başçısı 80 yaşlı yubilyarı təbrik edib.
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhər ağsaqqalları, ağbirçəkləri ilə ənənvi görüşləri davam etdirir. Belə ki, başçı bu gün şəhər ağsaqqallardan birini – Allahverdi Əliyevi ziyarət edib və onun 80 illik yubleyinə xüsusi rəng qatıb.
Qeyd edək ki, Allahverdi Əliyevi Mingəçevirdə müxtəlif sahələrdə çalışıb. Hazırda ictimai işlərdə fəallığı ilə seçilən Allahverdi Əliyev icra hakimiyyətində yaradılan məşvərət və şəhər ağsaqqallar şurasının üzvüdür.
Ağsaqqalı evində ziyarət edən başçı yubilyarla görüşərkən ona cansağlığı arzulayıb. Başçı, həmçinin onun 100 illik yubleyinin şəhər miqyasında geniş qeyd olunacağını əminliklə dilə gətirib: ”Siz bu şəhərdə uzun illər çalışmısınız. Yaxşı ad-san, şöhrət qazanmısınız. El içində böyük hörmət, nüfuz sahibi olmusunuz. İnsan özü, öz tarixini yaradır deyirlər, əməlinizlə, əqidənizlə bütün bunlara nail olmusunuz”.
Şəhər rəhbəri yubliyarı şəhərin ictimai həyatında fəal iştirakına görə və anadan olmasının 80 illik yubleyi münasibəti ilə fəxri fərman və qiymətli hədiyyə təqdim edib. Yubilyar Mingəçevirin gündən-günə gözəlləşməsində İlham İsmayılovun da kifayət qədər əməyi olduğunu bildirib və ona bu işdə uğurlar diləyib. O, həmçinin göstərilən diqqətə görə başçıya təşəkkür edib.
Daha sonra süfrə başında yubliyarın ailə üzvləri, dostları, nəvə və nəticələri şadyanalıq ediblə