8 Mart - Beynəlxalq Qadınlar Günündə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı ziyalı xanımları ziyarət edib
8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhərin bir qrup təqaüddə olan ziyalı xanımını ziyarət edib. Mingəçevir şəhərinin ictimai-siyasi həyatında fəal iştirak etmiş xanımları 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə əlaqədar təbrik edən başçı onlara cansağlığı arzulayıb.
Başçı ziyarəti zamanı onların problemləri ilə maraqlanıb və nəyə ehtiyacı olduqlarını öyrənib. Ziyarət olunan xanımlar bu gəlişdən kövrələrək “Yaşamağa dəyər, hələ ki, xatirələrdə varıq” deyiblər. Onlar, həmçinin icra başçısının bu addımını təqdirəlayiq hal kimi xarakterizə ediblər: ”Bizim belə görüşlərə ehtiyacımız var, kim olur olsun, insan yaşa dolandan sonra kövrəkləşir, qapımız döyüləndə sevinirik ki, görəsən kimdir bizi yada salan?. Ziyarət olunan hər bir xanıma gül buketi və hədiyyələr təqdim olunub.
İcra başçısı onların hər biri ilə görüşərkən bildirib ki, həyatımızın bəzəyi olan qadınlara tale ana olmaq, övladlarını cəmiyyət üçün gərəkli bir insan kimi böyüdüb tərbiyə etmək səadəti nəsib edib. Qadınlar həm də cəmiyyətin bütün sahələrində kişilərlə çiyin-çiyinə çalışırlar. Diqqətə çatdırıb ki, ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşar, onların hərtərəfli fəaliyyətinə geniş meydan verərdi. Bu gün həmin siyasətin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir.