Şriftin ölçüsü :

Saytın rəngi :

Səyyari qəbul

27 sentyabr 2013 | 15:00

Mingəçevir şəhərində əhalinin ərizə, şikayət  və müraciətlərinə diqqətlə yanaşılır.  Şəhər Icra Hakimiyyətinin rəhbərliyinin ayrı-ayrı yaşayış məhəllələrində mütamadi təşkil etdiyi səyyar qəbullarda qaldırılan məsələlər qısa zaman ərzində öz həllini tapır. Mingəçevirin energetiklər qəsəbəsində keçirilən növbəti səyyar qəbulda  da mühüm təkliflər irəli sürülüb.
Mingəçevir şəhərinin energetiklər qəsəbəsində təxminən 17 min nəfərdən çoz əhali yaşayır.  Qəsəbədə 4 uşaq bağçası, 3 orta məktəb, tibb kolleci, musiqi məktəbi, mədəniyyət evi,  polikilinka,  döğum evi və təcili yardım stansiyası fəaliyyət göstərir. Əhali tərəfindən bir neçə ay qabaq irəli sürülən təklifləri nəzərə alan şəhər İcra Hakimiyyəti energetiklər qəsəbəsində sosial layihələr həyata keçirilib. İlk növbədə qəsəbədaxili 2,2  kilometirlik  avtomobil yolu iki metr genişləndirilərək asfaltlanıb, 4400 p/m uzunluğunda səki daşları düzülüb.  Müasir işıqlandırma sistemi quraşdırılıb.10-dan   yuxarı ictimai və yaşayış binasının dam örtüyü dəyişdirilib .Cəmil Əliyev küçəsində istirahət parkı yaradılıb. Burada yaşıllıq salınıb, fəvvarə tikilib, işıq dirəkləri və oturacaqlar, söhbətgahlar, idman əyləncə qurğuları  quraşdırılıb. Qəsəbənin su və kanalizasiya xəttləri yenidən qurulur. Hazırda 4 saylı tam orta məktəb əsaslı şəkildə təmir edilir.
Qəsəbənin Naxçıvan küçəsində əhali ilə təşkil olunan səyyar görüşdə qısa müddət ərzində həyata keçirilən bu işlər yüksək qiymətləndirilib. Mingəçevir  şəhər  İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov  həyata keçirilən infrastruktur layihələr barədə ətraflı məlumat verib. Sakinləri açıq mikrofona dəvət edib. Vətəndaşlar bəzi binaların dam örtüklərinin dəyişdirilməsi, zirzəmilərdəki  kommunukasiya xətlərinin qaydaya  salınması, qrunt sularından  təmizlənməsi , uşaqlar üçün yeni əyləncə mərkəzinin yaradılması və digər məslələrlə bağlı təkliflər irəli sürülüb. Həlli mümkün olan problemlər yerindəcə  həll olunub.  Əlaqədar təşkilat rəhbərlərinə irəli sürülən təkliflərin araşdırılması və icrası üçün tapşırıqlar verilib.

Keçidlər