İndoneziya Respublikasının ölkəmizdəki səfiri Husnan Bey Fananinin Mingəçevir şəhərinə səfəri olmuşdur.
İndoneziya Respublikasının ölkəmizdəki səfiri Husnan Bey Fananinin Mingəçevir şəhərinə səfəri olmuşdur. Hörmətli qonağı şəhər İcra Hakimiyyətində İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qəbul etmişdir. Səmimi və dostluq şəraitində baş tutan görüşdə icra başçısı şəhərimiz haqqında məlumat vermişdir. Qeyd olunmuşdur ki, Azərbaycanın IV şəhəri kimi tanınan Mingəçevirdə 106 mindən çox yerli əhali və 20 mindən artıq məcburi köçkün məskunlaşmışdır. 1948-ci ildə şəhər statusu alan Mingəçevir ötən ilin noyabr ayında 71 illiyini qeyd etdi. Bu gün Mingəçevirdə bir sıra sənaye müəssisələri, ali və orta ixisas, texniki peşə təhsilli məktəbləri fəaliyyət göstərir. Şəhər regionda turizm obyektləri ilə də seçilir. Şəhəri iki hissəyə bölən Kür çayının sağ və sol sahillərində bir sıra istirahət mərkəzləri, parklar istifadəyə verilmişdir. Mingəçevirdə iki nəhəng elektrik stansiyası-Azərbaycan İstilik Elektrik Stansiyası və Su Elektrik Stansiyası fəaliyyətdədir.
İndoneziyanın Azərbaycan Respublikasındakı səfiri Husnan Bey Fanani səmimi qarşılanması üçün minnətdarlıq etdi. Mingəçevir şəhəri ilə İndoneziyanın hər hansı bir şəhərinin qardaşlaşması məsələsinin vacibliyini diqqətə çatdırdı. Qeyd etdi ki, İndoneziya ilə Azərbaycan arasında münasibətlər qarşılıqlı şəkildə davam edir və dünyanın ən böyük müsəlman əhalisi olan İndoneziya bütün dinlərə tolerant yanaşmaqda böyük məsuliyyət daşıyır və birgə layihələrdə yaxından iştirak edir. Azərbaycanla diplomatik və mədəni əlaqələrin yüksələn xətt üzrə inkişafı dünyada hər iki dövlətin qardaşlıq və sülh tərəfdaşı olmasına işarədir.
Daha sonra Sahil parkında İndoneziya mədəniyyəti və incəsənətini əks etdirən sərgi təşkil olunub. Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı ilham İsmayılov iştirak edib. Açılış mərasimindən öncə icra başçısı İndoneziya mədəniyyəti sərgisi ilə yaxından tanış olub. Şəhər rəhbəri İndoneziya səfirliyinə öz Mədəniyyət sərgisini məhz Mingəçevir şəhərində təşkil etdiyi üçün təşəkkürünü bildirdi.