Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı missiya rəhbəri Vladimir Gjorjiyev və Beynəlxalq Miqrasiya Təşkilatının Mingəçevir ofisinin rəhbəri Seo Hye Ryungunun Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovla görüşü keçirildi.
14 fevral 2020 | 16:00
14 fevral 2020-ci il tarixdə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı missiya rəhbəri Vladimir Gjorjiyev və Beynəlxalq Miqrasiya Təşkilatının Mingəçevir ofisinin rəhbəri Seo Hye Ryungu Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovla görüş keçirmişlər. Görüşün əsas məqsədi Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanda su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin inteqrə edilmiş inkişafı” adlı layihəsini və layihənin yeni təyin olunmuş koordinatorunu təqdim etməkdən ibarət idi.