Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyari görüşü keçirildi.
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun növbəti səyyar görüşü Puşkin, Ərəş, N.Nərimanov, Nizami küçələrinin sakinləri ilə Gənclər Evində keçirildi. Görüşü açan İcra başçısı ölkə prezidenti İlham Əliyevin tapşırığı ilə baş tutan bu cür görüşlərin mühüm əhəmiyyətindən danışdı. Qeyd olundu ki, ötən il Azərbaycan üçün uğurlu illərdən olub. Belə ki, ölkə prezidentinin əhalinin sosial rifah halının yaxşılaşdırılması məqsədi ilə imzaladığı müvafiq sərəncamlar 4,2 milyon əhalinin həyat şəraitinə təsir edib. Sənaye məhsullarının istehsalı , aqrar istiqamətdə, qeyri-neft sektorunda, təhsil, mədəniyyət, səhiyyə sahələrində, tikintidə əldə edilən nailiyyətlər ürəkaçan olub. Mingəçevirdə həyata keçirilən abadlıq quruculuq işləri yeni mərhələyə qədəm qoyub. Belə ki, ötən il 20 məhəllədə abadlıq işləri başa çatıb, 30 binanın blokları əsaslı təmir edilib, giriş qapıları və pəncərə çərçivələri qoyulub, 9 məhəllədə işıqlandırma sistemləri quraşdırılıb, 5 küçədəki binaların fasadları üzlənərək rənglənib.
Görüşdə çıxış edən sakinlər Mingəçevirə göstərilən diqqət və qayğıya görə ölkə başçısına və şəhər rəhbərinə minnətdarlıqlarını bildirdilər. Əlavə olaraq sakinlər istilik sisteminin bərpa edilməsi, yaşıllıqların suvarılmasının qaydaya salınması, işıqlanma sisteminin quraşdırılması, kanalizasiya sisteminin təmir edilməsi, yeni iş yerlərinin açılması kimi problemləri də qeyd etdilər.
Şəhər rəhbəri görülən işlərin genişlənəcəyini bildirərək vurğuladı ki, Mingəçeviri daha da gözəlləşdirmək, sakinlərin istirahəti, rifah halının yaxşılaşması üçün bundan sonra işləri uğurla davam etdirəcək, mövcud problemlərin həllinə nail olacağıq.