Şriftin ölçüsü :

Saytın rəngi :

Bilik günü

17 sentyabr 2013 | 15:00

Şəhərin ümumtəhsil müəssisələrində Bilik günü təntənə ilə qeyd edildi.  Ötən dərs ilində müsbət nəticələr əldə olunub. 18 nəfər şagird qızıl medala layiq görülüb. 408 nəfər tələbə adını qazanıb. Onlardan 32-i 600-dən yuxarı, 2 nəfər isə 700 bal toplayıb. 5 nəfər prezident təqayüdünə layiq görülüb. 3 məktəb əsaslı təmir olunub, qaçqın və köçkünlərin uzun illərdən bəri məskunlaşdıqları 13 məktəb boşalıb. 7 nəfər şagird türkiyə və rusiyanın ən yaxşı təhsil ocaqlarına giriblər. Qazanılan uğurlar barəsində bilik günündə Texniki-humanitar liseyə gələn şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhərin bütün pedaqoji kollektivlərinə xoş sözlər ünvanladı, çoxsaylı valideynləri və şagirdləri təbrik etdi. N.Bayramov prezident  İlham Əliyev cənablarının və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın gənc nəslin sağlam böyüməsi,  intellektual inkişafı və mükəmməl təhsil almaları üçün göstərdikləri xüsusi diqqətdən danışdı. Bütün bunlar şagirdlərin və ümumən ali məktəblərdə təhsil alan tələbələrin hərtərəfli inkişaflarına, onların mükəmməl biliklərə yiyələnməsinə əsaslı zəmin yaradır. Niyazi Bayramov əminliklə bildirdi ki, Mingəçevir məktəblərinin potensial imkanlarını hərəkətə gətirmək üçün pedaqoji kollektivlər daha böyük səylər göstərməlidirlər.
Ardınca ilk zəng çalındı. Daha çox sevinən birincilər ilk zəngin sədaları altında siniflərə daxil oldu.

Keçidlər