Şriftin ölçüsü :

Saytın rəngi :

Hindistanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Bavitlunq Vanlalvavna Mingəçevirdə səfərdə olub.

06 fevral 2020 | 16:00

Hindistanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Bavitlunq Vanlalvavna fevralın 6-da Mingəçevir şəhərində olmuşdur. Hörmətli qonağı şəhər İcra Hakimiyyətində İcra Haklimiyyətinin başçısı İlham İsmayılov qəbul etmişdir. Səmimi və dostluq şəraitində baş tutan görüşdə icra başçısı şəhərimiz haqqında məlumat vermişdir. Qeyd olunmuşdur ki, Azərbaycanın IV şəhəri kimi tanınan Mingəçevirdə 106 mindən çox yerli əhali və 20 mindən artıq məcburi köçkün məskunlaşmışdır. 1948-ci ildə şəhər statusu alan Mingəçevir ötən ilin noyabr ayında 71 illiyini qeyd etdi. Bu gün Mingəçevirdə bir sıra sənaye müəssisələri, ali və orta ixisas, texniki peşə təhsilli məktəbləri fəaliyyət göstərir. Şəhər regionda turizm obyektləri ilə də seçilir. Şəhəri iki hissəyə bölən Kür çayının sağ və sol sahillərində bir sıra istirahət mərkəzləri, parklar istifadəyə verilmişdir. Mingəçevirdə iki nəhəng elektrik stansiyası-Azərbaycan İstilik Elektrik Stansiyası və Su Elektrik Stansiyası fəaliyyətdədir. Bu stansiyalar vasitəsi ilə Azərbaycanın 40 faizə qədər enerjiyə olan tələbatı ödənilir. Eyni zamanda şəhərimizdə böyük su anbarı mövcuddur ki, bunun vasitəsi ilə respublikamızın 24 rayonuna su verilişi təmin olunur.
   Hindistanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Bavitlunq Vanlalvavna Mingəçevirdə ilk dəfə olduğunu bildirdi və səmimi qarşılanması üçün minnətdarlıq etdi. Bildirdi ki, şəhər öz coğrafi mövqeyinə və gözəlliyinə görə diqqəti cəlb edir. Şəhərlə-Hindistanın hər hansı bir şəhərinin qardaşlaşması məsələsinin vacibliyini diqqətə çatdırdı. Eyni zamanda hindistanlı iş adamlarının Mingəçevirdə fəaliyyətə cəlb olunması barədə fikirlərini bölüşdü. Gələcəkdə birgə əməkdaşlığın baş tuta biləcəyinə əminliyini vurğuladı.
   Həmin gün hörmətli qonaq Heydər Əliyev Mərkəzində, Gənclər Evində, Mingəçevir Sənaye Parkının nəzdində fəaliyyət göstərən “Mingəçevir Tekstil” MMC-də, Mingəçevir Su Elektirik Stansiyasında və Mingəçevir İstilik Elektirik Stansiyasında oldu.

Keçidlər