Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov könüllülərlə görüş keçirdi.
Mingəçevir şəhər İcra Hakimiyyəti “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq öz strukturlarında könüllülük fəaliyyətini genişləndirir. Yanvarın 31-də şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov könüllülərlə görüşdə çıxış edərək ölkəmizdə Könüllülük hərəkatının inkişafından söz açıb. Dövlət başçısı İlham Əliyevin Könüllülük hərəkatına göstərdiyi diqqətdən danışaraq könüllülərə qazandıqları təcrübənin iş həyatlarında uğurla tətbiq etmələrini arzulayıb.
Çıxış edən könüllülər təcrübə müddətində bir çox biliklərə yiyələndiklərini, şəhər İcra Hakimiyyəti aparatının kollektivi tərəfindən qayğı ilə əhatə olunduqlarını və gələcək fəaliyyətlərində bu təcrübələrdən istifadə edəcəklərini bildiriblər.
Sonra könüllülərə sertifikatlar təqdim olunub, xatirə şəkli çəkdirilib.