Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli SİƏD üzrə Nümayəndəliyinin 2019-cu ildəki fəaliyyətinin yekunları ilə bağlı hesabat yığıncağı keçirildi.

24 yanvar 2020 | 16:00

2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin 2019-cu ildəki fəaliyyətinin yekunları ilə bağlı hesabat yığıncağı yanvarın 24-də 7 nömrəli tam orta məktəbin iclas zalında keçirildi. Yığıncağı açan nümayəndəliyin rəhbəri Faiq Mustafayev qeyd etdi ki, Nümayəndəlik fəaliyyət göstərdiyi xidməti ərazisində il ərzində müxtəlif vaxtlarda şəhər İcra Hakimiyyəti başçısının rəhbərliyi ilə şəhərdə fəaliyyət göstərən kommunal təsərrüfatı müəssisələri və digər aidiyyəti qrumlarla, onların rəhbər şəxsləri ilə birlikdə 18 dəfə ayrı-ayrı məhəllələrdə səyyar görüşlər keçirmişdir. Bu görüşlər zamanı sakinlərin qaldırdıqları problem və təkliflərə diqqətlə yanaşılmış, onların həllinə nail olunmuşdur. 2019-cu ildə Dövlət Proqramına uyğun olaraq şəhərin su-kanalizasiya xətlərinin yenidən qurulması istiqamətində işlər davam etdirilmişdir. F.Mustafayev bildirdi ki, vətəndaşlar tərəfindən edilən çoxsaylı müraciətlərlə bağlı şəhər Bələdiyyəsi ilə də sıx əlaqə saxlanılıb, onların köməyindən istifadə olunub. F.Mustafayev məruzədə bir sıra aktual məsələlərə də toxunmuş, nümayəndəliyin qarşısında duran vəzifələri ön plana çəkmişdir.
   Yığıncaqda “Nizami Gəncəvi” adına məhəllə komitəsinin sədri Əbülfət Babayev, F.Əzimov küçəsindəki 11 nömrəli mənzilin sakini İbrahim Ələkbərov, Koroğlu küçəsindəki 51/33 nömrəli mənzilin sakini Akif Heydərov, Mənzil Kommunal Təsərrüfatı Kombinatının baş mühəndisi Fariz Quliyev çıxış etdilər. Çıxışlarda 2 nömrəli SİƏD-in hesabat dövrü ərzindəki fəaliyyətindən bəhs olundu, təklif və mülahizələr bildirildi, nümayəndəliyin fəaliyyətinə qiymət verildi.
   Hesabatda şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov respublikada və şəhərdə həyata keçirilən abadlıq-quruculuq işlərindən, cənab prezidentin regionların inkişafı istiqamətində verdiyi tapşırıq və tövsiyyələrdən bəhs edərək bildirdi ki, bu gün Azərbaycan respublikası öz inkişaf tempinə görə dünyanın ən öndə gedən ölkələri sırasındadır. Mingəçevirdə həyata keçirilən əməli işlər bunu bir daha sübut edir. “Dostluq” parkında, Abdulla Şaiq, Nəsimi küçələrində, şəhərin giriş hissəsində Xaldan şossesi boyunca salınan Seyrəngahda görülən işlər buna əyani sübutdur. Hesabatdan da görüldüyü kimi il ərzində bir sıra işlər görülmüşdür. Əlbəttə, biz bununla qane ola bilmərik. Bilirik ki, nümayəndəliyin yerləşdiyi ərazidə daha çox iş görmək olar. Fəallıq, təşəbbüskarlıq, yerlərdə sakinlərlə görüşlərin tez-tez keçirilməsi buna təkan verən əsas amill ola bilər. Buna görə də nümayəndəliyin qarşısında daha çox vəzifələr durur. Yığıncaqda müzakirə olunan məsələyə dair müvafiq qərar qəbul olundu.

Keçidlər